“Limanın imkanları 1 milyon ədəd konteynerin daşınmasını təmin edəcək səviyyəyə çatdırılacaq“
Tarix: 16.10.2014 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Marmaray layihəsindən sonra Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin də istismara verilməsi Trans-Avropa dəmir yolu şəbəkələrinin birləşdirilməsini və yüklərin birbaşa Qafqaz üzərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin edəcək, region ölkələrinin tranzit imkanlarını yüksəldəcək. Bunu oktyabrın 16-da Bakıda keçirilən “Bakı-Tbilisi-Qars dəmir yolu xətti - Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” mövzusunda Beynəlxalq konfransda çıxışında nəqliyyat naziri Ziya Məmmədov deyib.
Nazir bildirib ki, Azərbaycan dəmir yolunun Bakı-Gürcüstan sərhədi istiqamətində 374 kilometr dəmir yolu yenidən qurulub, Kür çayı üzərində ikinci yeni Poylu körpüsü inşa edilib və iki istiqamətli hərəkət təmin olunub.
Z.Məmmədovun sözlərinə görə, təmir edilən sahələrdə maksimal sürətin saatda 140 kilometrə çatdırılması nəzərdə tutulur. Dəyişən cərəyana keçidlə əlaqədar enerji və rabitə sisteminin tam dəyişdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi dispetçer idarəetmə sisteminin yaradılması istiqamətində işlər davam etdirilir. Bu istiqamətdə ikinci mərhələdə 593 kilometr yolun da bərpası nəzərdə tutulur və buna hazırlıq işləri aparılır.
Z.Məmmədov bildirib ki, həyata keçirdiyimiz genişmiqyaslı layihələrdən biri də Ələt qəsəbəsində inşa olunan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. "Artıq sentyabrda yeni limanın tikintisinin 1-ci mərhələsi çərçivəsində bərə terminalı istismara verilib. Körpüdə eyni vaxtda 2 bərənin yüklənib-boşaldılması mümkündür. Birinci mərhələnin yekununda limanın daşıma imkanları 10 milyon tona qədər yük və 50 min ədəd irihəcmli konteyner olacaq. Növbəti mərhələlərdə limanın imkanları 25 milyon ton quru yük və 1 milyon ədəd konteynerin daşınmasını təmin edəcək səviyyəyə çatdırılacaq".
Avtomobil yollarının infrastrukturu barədə də məlumat verən Z.Məmmədov bildirib ki, müasir yol şəbəkəsinin yaradılması ilə bağlı beynəlxalq əhəmiyyətli magistral avtomobil yollarının birinci texniki dərəcə səviyyəsində tikintisi həyata keçirilir və bütün bu işlərin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info