Teleradio verilişlərinin və küçə reklamlarının dili ilə bağlı monitorinqlərə başlanılıb
Tarix: 16.10.2014 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutu teleradio verilişləri və küçə reklamlarının dili ilə bağlı monitorinqlərə başlayıb.
Bu barədə mətbuat konfransında məlumat verən institutun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli bildirib ki, “Azərbaycan dilinin qloballaşan şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda 20-yə yaxın istiqamət üzrə müxtəlif sahələrdə monitorinqlərin aparılması nəzərdə tutulub. Onun sözlərinə görə, hər bir istiqamət üzrə komissiyalar yaradılaraq müvafiq işlər görülür. Hazırda 3 istiqamət üzrə də işlərin aparıldığını deyən Q,Məhərrəmli qeyd edib ki, ilkin olaraq Səhiyyə Nazirliyi sistemində dərman preparatlarının izahedici vərəqlərinin dili ilə bağlı monitorinq başa çatdırılıb: “Hazırda ikinci istiqamət üzrə teleradio verilişlərin dili üzərində müşahidələr aparılır. Bundan əlavə, Bakı şəhərində - Səbail, Nəsimi və Nərimanov rayonları ərazisində küçə adları, afişalar, reklam lövhələri ilə bağlı bir neçə gündür monitorinqlərə başlanıb”.
Q.Məhərrəmli əlavə edib ki, bu gün Ana dilinin tələblərinin pozulması mətbuatda, xüsusilə saytlarda müşahidə olunur. Onun sözlərinə görə, bununla bağlı bir neçə sayt rəhbərli instituta dəvət olunub və burada müxtəlif fikirlər səsləndirilərək qarşılıqlı fikir mübadiləsi aparılıb. Qərara gəlinib ki, saytlarda dil normaları pozuntularının aradan qaldırılması üçün vahid komissiya yaradılsın. Bu komissiyalarda işçi qruplar olacaq, suallar işlənəcək və müəyyən məlumatlar veriləcək: “Bundan əlavə, institutda “Qaynar xətt” xidməti işə salınacaq. Bununla da insanlarda Ana dilinin normalarının pozulması hallarını gördükdə bu barədə “Qaynar xətt”ə məlumat verə biləcək”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info