Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Rusiyada Müstəqillik Gününü qeyd edib
Tarix: 16.10.2014 | Saat: 18:25:00 | E-mail | Çapa göndər


Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Bakı Mədəniyyət Mərkəzində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) “Azərbaycan müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin rolu” adlı layihəsinin bağlanış mərasimi keçirilib. Bu haqda Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının idarə heyətinin üzvü, Assosiasiyanın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili qəzetimizə məlumat verib.
Mərasimdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Aqşin Əliyev, Ümumrusiya Azərbaycanı Konqresinin İcraçı direktoru İlqar Hacıyev, ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili, Rusiyada təhsil alan tələbələr, QHT və media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə ASGA-nın təsisçisi və sədri Səbuhi Abbasov açaraq layihə haqqında məlumat verib. S.Abbasov Müstəqillik Günü münasibəti ilə iştirakçıları təbrik edib: “Bu layihə ilk olaraq Rusiyada həyata keçirildi və biz bu layihənin bağlanış mərasiminə toplaşmışıq. Bilirsiniz ki, 18 oktyabr Azərbaycanda Müstəqillik Günü kimi qeyd edilir. Biz müstəqilliyə və inkişafa görə ulu öndər Heydər Əliyevə borcluyuq. Ulu öndərin əsasını qoyduğu uğurlu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla icra olunmaqdadır. Cənab Prezident İlham Əliyevin apardığı uğuru daxili və xarici siyasət, gənclərə ayırdığı xüsusi diqqət hər birimizin gündəlik həyatında hiss olunmaqdadır. Çox sevindirici haldır ki, Rusiyada Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri Leyla Əliyevanın fəaliyyəti nəticəsində Rusiyada yaşayan gənclərimiz arasında ciddi təşkilatlanma işi gedib. Bütövlükdə Leyla Əliyevanın fəaliyyəti nümunəvi diaspor fəaliyyəti kimi qiymətləndirilir. Biz öz növbəmizdə səmərəli fəaliyyətimizlə Leyla xanımın ətrafında sıx birləşməklə dövlətimizə xidmət etmiş oluruq”. Tədbirdə ÜAK-ın İcraçı direktoru İlqar Hacıyev çıxış edərək Müstəqillik Gününün əhəmiyyətindən danışıb. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş daxili və xarici siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Sonra Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Aqşin Əliyev çıxış edərək iştirakçıları Müstəqillik Günü münasibəti ilə təbrik edib. Daha sonra Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının nümayəndəsi Ramil Rəcəbov, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun direktoru Şamil Tağıyev, İnterAz Televiziyasının redaktoru İqbal Rüstəmov çıxış edərək ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar.
ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili ulu öndərin ölkəmizin gələcək siyasi-iqtisadi inkişaf strategiyasının təməlini qoyduğunu bildirib: “Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu strategiya uğurla davam etdirilir. Azərbaycan gələcəyə inamla baxan bir dövlətə və regional güc mərkəzinə çevrilməkdədir. Vətəndaş cəmiyyəti yaradılması, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda qazanılan uğurlar Azərbaycanı dünyanın diqqət mərkəzində saxlayır”.
T.Allahverdili deyib ki, Moskvada AMOR-un təsis edilməsi Azərbaycan diasporunun və xaricdə yaşayan azərbaycanlı gənclərin həyatında mühüm bir hadisə olub: “Leyla xanım Əliyevanın sədrliyi ilə bu təşkilat qısa müddət ərzində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, gənclərin milli diaspor quruculuğu işinə cəlb olunması və birliyi istiqamətində çox önəmli addımlar atıb”.
O, bütün Slavyan ölkələrində eyni formatlı layihələr reallaşdırmaq niyyətində olduqlarını bildirib: “Ümumrusiya Azərbaycan Konqresi, ASGA-nın Rusiya nümayəndəliyi və Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun birgə reallaşdırdığı layihənin yekunu olaraq I, II, III yerin qalibləri üçün diplomların və Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin qiymətli hədiyyələrinin verilməsini nəzərdə tutmuşuq. Lakin bizim əsas məqsədimiz gənclər arasında ulu öndər Heydər Əliyev irsinin araşdırılması və təbliğindən ibarətdir.”
Sonda Toğrul Allahverdili tərəfindən qaliblər mükafatlandırılıb və ÜAK adından “Bakı” restoranında iştirakçılara ziyafət verilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info