T.Hacıyev: “Azərbaycan dilinin tədrisi qənaətbəxş səviyyədə deyil”
Tarix: 16.10.2014 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


Ölkədə Azərbaycan dilinin işlənməsi səviyyəsi böyük narahatlıq doğurur. Bu barədə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev mətbuat konfransında bildirib. T.Hacıyev deyib ki, Azərbaycan dilinin tətbiqi ilə bağlı məsələdə ciddi narahatlıq olduğu üçün dövlət başçısı sərəncam verib və dövlət proqramı qəbul olunub: "Biz hələlik həmin proqramıın icrasına nəzarət edirik. Sonra təkliflərimizi hökumətə təqdim edəcəyik". İnstitutun direktoru qeyd edib ki, orta və ali təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi qənaətbəxş səviyyədə deyil və bu sahədə qüsurlar çoxdur: "Cəmiyyətdə müxtəlif sahələrdə Azərbaycan dilinin tətbiqi ilə bağlı müşahidə etdiyimiz qüsurların ya hamısı, ya da çoxu məhz orta məktəblərdən gəlir".
O, əlavə edib ki, hazırda İnstitutda orta məktəb dərsliklərinin dili ilə bağlı monitorinq aparılır: "Dərsliklərdə çoxlu qüsurlar var. Moniorinqlər bitdikdən sonra bununla bağlı Təhsil Nazirliyi ilə birgə müzakirələr aparılacaq".
Akademikin sözlərinə görə, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul olunub. Həmin qanunda Azərbaycan dilinin korlanmasına görə müxtəlif cəzalar nəzərdə tutulur. Qanuna əsasən, bu cəzalar özəl və dövlət müəssisələrinə, o cümlədən KİV-lərə də şamil edilə bilər: "Dil hər bir xalqın milli sərvəti, onun qan yaddaşı və varlığının təzahürüdür. Dil həm də milli dövlətçiliyin rəmzi olduğu üçün onun inkişaf etdirilməsi, qayda və normalarının qorunması hər bir vətəndaşın borcudur".

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info