Bir sıra təhsil müəssisələrinə qəbul vahid imtahan əsasında aparılacaq
Tarix: 16.10.2014 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


Bu tədris ilindən başlayaraq bir sıra təhsil müəssisələrinə qəbul vahid imtahan əsasında aparılacaq. Bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bəzi təhsil işçilərinin mükafatlandırılması mərasimində deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda təhsil müəssisələrinə qəbul qaydalarının təkmilləşdirilməsi üçün işlər aparılır. Nazir qeyd edib ki, artıq bir ay ərzində şagirdlərin 2 ayrı imtahan, yəni buraxılış və qəbul imtahanları veməsinə ehtiyac olmayacaq. Hazırda Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası arasında ümumtəhsil müəssisələrində buraxılış imtahanları ilə qəbul imtahanları arasında olan fərqin aradan qaldırılması və vahid imtahanın keçirilməsi məsələsi müzakirə edilir: "Nəzərə alaq ki, bu imtahanları vahid orqan keçirir. Bununla bağlı TQDK və Təhsil Nazirliyi arasında məsləhətləşmələr aparılır. Məsləhətləşmələr sona çatdırılır. Artıq bu tədris ilində biz bu sahədə də yenilikləri tətbiq edə biləcəyik. Yeniliklər orta ixtisas təhsili müəssisələri, yaradıcılıq ixtisasları olan ali məktəblər və digər bəzi təhsil müəssisələri üçün artıq bu tədris ilindən başlayaraq tətbiq ediləcək. Güman edirik ki, bu yeniliklərin tətbiqi nəticəsində artıq bir sıra müəssisələrə qəbul vahid imtahan nəticəsində mümkün olacaq. Bu islahat ardıcıl olaraq həyata keçiriləcək".

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info