Valeri Smirnov: “Bütün sahələrdə əməkdaşlığın daha da genişlənməsi vacibdir”
Tarix: 16.10.2014 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyasının Xəzər Dəniz Donanmasının «Dağıstan» və «Qrad Sviyacsk» gəmiləri Azərbaycana rəsmi səfərə gəliblər. Səfərin ilk günündə Rusiya Federasiyası Xəzər Dəniz Donanması nümayəndə heyətinin rəhbərliyi və Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrinin nümayəndələri Səbail Rayon İcra Hakimiyyətində olublar.
Nümayəndə heyətini qəbul edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonun strateji əhəmiyyət kəsb etdiyini bildirib və rayonun tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri barədə ətraflı məlumat verib. Asif Əsgərov son illərdə Azərbaycanda əldə olunmuş nailiyyətlər, sosial-iqtisadi inkişafdan, həyata keçirilən yeni layihələrdən, o cümlədən Səbail rayonunda görülən işlərdən danışıb, bu nailiyyətlərin qazanılmasında ulu öndən Heydər Əliyev və Prezidenti İlham Əliyevin böyük rolunu qeyd edib. Ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin, xalqlarımızın biri- birinə nə qədər yaxın olmasını vurğulayan natiq Rayon İcra Hakimiyyəti ilə rayondakı və eləcə də cəbhə bölgəsindəki hərbi hissələr arasında yaranmış sıx dostluq və əməkdaşlıq əlaqələri və Müdafiə Nazirliyi ilə birgə tədbirlər barədə məlumat verib.
Ölkəmizdə səfərdən məmnunluq hissi keçirdiyini deyən Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının Bakıya səfərə gələn nümayəndə heyətinin rəhbəri I dərəcəli kapitan Valeri Smirnov Azərbaycanın, xüsusilə də onun Silahlı Qüvvələrinin inkişafından, iki ölkə ordularının əməkdaşlıq əlaqələrinin möhkəmlənməsindən, bu işlərdə hər iki ölkənin rəhbərlərinin rolundan danışdı, Rusiya Federasiyası ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın daha da genişlənməsinin vacibliyini vurğuladı.
Rusiya Federasiyası səfirliyinin hərbi attaşesi polkovnik Vladimir Çernenko, «Dağıstan» hərbi gəmisinin komandiri II dərəcəli kapitan Vüsal Miriyev hərbi dənizçilərin ölkəmizə səfərinin səmərəli olduğunu qeyd edərək Bakıda gördükləri qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirdilər.
Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələrinin Komandanı, I dərəcəli kapitan Şahin Məmmədov qeyd etdi ki, bu səfər ölkəmizin hərbi dənizçilərinin Rusiyaya rəsmi səfərinə cavabdır. Səfər çərçivəsində qonaqlar paytaxtın görməli yerlərini gəzəcək, şəhərin tarixi və mədəni abidələri, Azərbaycan Ali Hərbi dənizçilik məktəbindəki tədris prosesi ilə tanış olacaq, həmçinin dənizçilərimizlə futbol üzrə yoldaşlıq görüşü keçirəcəklər.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olundu və birgə şəkil çəkdirildi.
Sonra qonaqlar Səbail rayonunun görməli yerlərini gəzdilər.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info