BMT:“Bu məsələləri yaxın iki ayda həll etməsək, çoxlu sayda insan tələf olacaq”
Tarix: 16.10.2014 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


Beynəlxalq birlik Ebolanın yayılma sürəti ilə ayaqlaşa bilmir. Virus tibb işçilərinin gördüyü tədbirlərlə müqayisədə daha sürətlə yayılır. Bu fikri BMT-nin Ebolaya fövqəladə reaksiya missiyasının başçısı Entoni Benberi qurumun Təhlükəsizlik Şurasının iclasında səsləndirib.
O bildirib ki, hazırda başlıca məsələ xəstəliyə yoluxanlarla təmasda olanları üzə çıxarmaq, onları müalicə və qulluq ilə təmin etmək, dəfn prosedurlarının təhlükəsizliyinə nail olmaq, virusdan qorunmaq yollarını adamlara öyrətməkdir. E.Benberi deyib: “Bu məsələləri yaxın iki ayda həll etməsək, çoxlu sayda insan tələf olacaq. Biz xəstə insanların ölməsinə yol verməmək, habelə hazırda sağ-salamat olan, lakin fövqəladə tədbirlər görülməsə, Ebolaya yoluxub tələf olacaq insanları qorumaq üçün mübarizə aparırıq. Əgər indi Ebola dayandırılmasa, çox çətin vəziyyətlə üzləşəcəyik”.
Şuranın iclasında Eboladan ən çox ziyan çəkmiş Syerra-Leone və Liberiya səfirləri iştirak ediblər. Onlar vurğulayıblar ki, yoluxanların üçdə iki hissəsi əmək qabiliyyəti olan insanlardır. Bu ölkələrdə məktəb və kolleclər bağlanır. Tibb heyəti ölür.
Somaliyə yardım etmək istəyən 850 sülhməramlıdan ibarət batalyon Syerra-Leonedə karantindədir. Liberiyada oktyabr ayına nəzərdə tutulan parlament seçkilərini başqa vaxta keçirməli olublar.
Dünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, hazırda Ebola qızdırmasına 8913 yoluxma faktı qeydə alınıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi
14.11.2018
Türkmənistan qazı TAPI boru kəməri ilə iki il ərzində Pakistana çatdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info