“Respublika Gənclər Debat Forumu – Payız 2014”ə hazırlıqlar davam edir
Tarix: 16.10.2014 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi tərəfindən təşkil olunan “Respublika Gənclər Debat Forumu – Payız 2014”ə hazırlıq çərçivəsində Bakı və Gəncə şəhərlərinin ali təhsil müəssisələrində bir sıra tədbirlər həyata keçirilib.
Bakı şəhərinin 5 ali təhsil müəssisəsində gənclər üçün debat təlimləri və ictimai debatlar təşkil olunub. Həyata keçirilən tədbirlərdə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Universiteti, Azərbaycan Kooperasiya Universitetində təhsil alan 500-ə yaxın gənc iştirak edib.
Gəncə şəhərində, DVC-nin regionlarla iş üzrə meneceri Canoğlan İlyasovun rəhbərliyi ilə DVC-nin təlim-məşqçi korpusu tərəfindən “Odlar Yurdu” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində təhsil alan gənclər üçün debat təlimləri həyata keçirilib. Təlimlərdə sözü gedən ali təhsil müəsisəsində təhsil alan 150 – dən çox gənc iştirak edib. DVC – nin rəsmisi və Gəncə Regional Debat Mərkəzinin rəhbəri Nigar Ələsgərova arasında işgüzar görüş keçirilib. Görüşdə Gəncə - Qazax iqtisadi rayonunda gənclərin bilik və bacarıqlarının artırılması, təlimlər vaitəsi ilə maarifləndirilməsi və həyata keçirilən tədbirlərdə iştirakının artırılması məsələləri müzakirə olunub.
Təlimlər zamanı iştirakçılara natiqlik sənəti, arqumentləşdirmə, tənqidi təfəkkür, komanda işi, kreativ düşüncə kimi bilik, bacarıq və dəyərlər aşılanıb. Təlimlərdə fəal olan iştirakçılar üçün təcrübəli natiqlərin iştirakı ilə ictimai debatlar keçirilib.
Məlumat üçün qeyd edək ki, “Respublika Gənclər Debat Forumu – Payız 2014” Azərbaycanın müxtəlif iqtisadi rayonlarının və Bakı şəhərinin ali təhsil müəsisələrində təhsil alan gəncləri əhatə edir. Forum çərçivəsində Azərbaycanın müxtəlif regionlarında gənclər üçün Debat Forumları təşkil olunacaq. Forumlarda uğurlu nəticələr göstərən komandalar Forumun yekun mərhələsində iştirak etmək imkanı əldə edəcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info