“Azərbaycan son 20 il ərzində çox fəal inkişaf mərhələsindədir”
Tarix: 16.10.2014 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Sankt-Peterburqla Azərbaycan arasında qarşılıqlı investisiyalar genişləndiriləcək. Buna cümə axşamı Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumu çərçivəsində aparılan ikitərəfli danışıqlar kömək edəcək. Bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri, Sankt-Peterburqun vitse-qubernatoru Vladimir Lavlentsev bildirib.
O, qeyd edib: "Biz mədəniyyət, təhsil, yüksək texnologiyalarla mübadilə sahəsində hökumətlərarası sazişlərimizi aktuallaşdırmaq, ticarət-iqtisadi münasibətlərdə əməkdaşlığın konkret inkişaf planını təşkil etmək, əməkdaşlığın perspektivlərini müzakirə etmək istəyirik. Biz kifayət qədər geniş nümayəndə heyəti ilə gəlmişik və Sankt-Peterburqun sənaye, elm və texniki potensialını nümayiş etdirmək istəyirik. Və öz növbəsində, qardaş ölkə Azərbaycandan öyrənmək istəyirik".
Vitse-qubernatorun sözlərinə görə, ən əsası, işgüzar əlaqələrin inkişafına xidmət edəcək möhkəm insani münasibətlər qurmaqdır. "Çox böyük potensialımızın olduğuna əminik. Azərbaycan son 20 il ərzində çox fəal inkişaf mərhələsindədir. Peterburqda büdcə gəlirlərimizin 30 faizini təmin edən kiçik və orta biznes çox sürətlə inkişaf edir. Biz işgüzar əlaqələrimizi genişləndirməyə köklənmişik".
V.Lavlentsev deyib ki, bu, uzun fasilədən sonra gələcək birgə layihələr üçün təməl olan ilk görüşdür: "Bizim münasibətlərin inkişafına, texnologiyaların mübadiləsi və təcrübə mübadiləsinə böyük marağımız var. Azərbaycan Sankt-Peterburqda mənim administrasiyada cavabdeh olduğum mənzil-kommunal təsərrüfatı sahəsində bir neçə layihəni uğurla həyata keçirib. Tullantıların təkrar emalı, təmizləyici qurğular, suyun təmizlənməsi sahəsində layihələr uğurla həyata keçirilib. Buna görə də hesab edirəm ki, biz bu sahədə işləyəcəyik".
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info