“Ermənistanın münaqişənin həlli ilə bağlı pozucu siyasəti dinc nizamlanmaya problemlər yaratmağa yönəlib”
Tarix: 16.10.2014 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


Öz müqəddəratını təyinetmə prinsipindən separatizmə haqq qazandırmaq üçün istifadə oluna bilməz. Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov belə hesab edir.
F.Məmmədov bu gün Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 27-ci sessiyasında çıxışında deyib: “Bu gün dünyada öz müqəddəratını təyin etməyə çalışan millətlər və xalqlar var. Avropada regionlara özlərinin ən mühüm problemlərini həll etməyə imkan verən xüsusi statusun verilməsi nümunələri var. BMT Nizamnaməsinə görə, öz müqəddəratını təyinetmə prinsipi xalqların dövlətin ərazi bütövlüyü çərçivəsində öz ərazilərinin idarə edilməsində iştirakını təmin edir. Bu prinsipdən separatizmə bəraət qazandırmaq üçün istifadə oluna bilməz”.
Nazirin sözlərinə görə, Azərbaycan artıq 20 ildən çoxdur ki, separatizmdən əziyyət çəkir: “Ermənistan Azərbaycan ərazilərinin 20 faizindən çoxunu işğal edib, bir milyon azərbaycanlı məcburi qaçqın və köçkünə çevrilib. Ermənistanın münaqişənin həlli ilə bağlı pozucu siyasəti dinc nizamlanmaya problemlər yaratmağa yönəlib. Bunların hamısı beynəlxalq ictimaiyyətə Ermənistan barəsində ciddi sanksiyalar tətbiq etməyə əsas verir”.
F.Məmmədovun fikrincə, separatizmin və silahlı münaqişələrin baş qaldırmasına, özbaşınalıq və cəzasızlıq hissi yaradan “ikili standartlar”dan da imtina etmək vacibdir: “Azərbaycan birmənalı olaraq Ukraynada və digər qonşu ölkələrdə münaqişələrin siyasi dialoq və beynəlxalq prinsiplər əsasında nizamlanmasını dəstəkləyir. Beynəlxalq hüquqa, həmçinin dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə hörmət kimi əsas normalara uyğun gəlmirsə, silahlı münaqişələri separatçı hərəkətlər və ya siyasi böhranlar vasitəsilə nizamlamaq olmaz. Dövlətlər arasında dostcasına qarşılıqlı münasibətlər və əməkdaşlığa dair normalara ciddi riayət edilməsi və tərəflərin qəbul etdikləri öhdəliklərin vicdanla yerinə yetirilməsi beynəlxalq sülh və təhlükəsizlik üçün son dərəcə əhəmiyyətlidir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info