Fransa şirkəti ilə metroda yeni tunelin tikintisi üzrə müqavilə imzalandı
Tarix: 16.10.2014 | Saat: 21:59:00 | E-mail | Çapa göndər


Fransanın “Bouygues Travaux Publics, LLS” şirkəti ilə “Bakı Metropoliteni” QSC arasında “28 May” stansiyasında yeni tunelin tikintisi (Qırmızı və Yaşıl xətlərin ayrılması) işlərinin görülməsi ilə bağlı müqavilə imzalanıb. Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edək ki, Qırmızı xətlə (“Həzi Aslanov” - “İçərişəhər” stansiyaları arası) Yaşıl xətt (“Dərnəgül” - “Xətai” stansiyaları arası) “28 May” stansiyasında kəsişir və bu da öz növbəsində, qatarların hərəkət təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. İki xəttin bir-birindən ayrılması eyni zamanda qatarlararası intervalın azaldılmasına xidmət edəcək. Nəzərə alaq ki, “Həzi Aslanov” stansiyasından hərəkət edən qatarlardan biri “İçərişəhər”, digəri isə “Dərnəgül” istiqamətinə hərəkət edir. Bu baxımdan “Həzi Aslanov” - “28 May” stansiyaları arasında hərəkət intervalı 2 dəqiqə olsa da, bu özünü “28 May” - “Dərnəgül” stansiyaları arasında 4 dəqiqə olaraq göstərir. Xətlərin ayrılmasından sonra isə “28 may” - “Dərnəgül” mənzilində hərəkət intervalını 2 dəfə azaltmaq imkanı yaranacaq.
Məlumata görə, yeni tunelin tikintisindən sonra Yaşıl və Qırmızı xətlər üzrə qatarlar bir-birindən müstəqil hərəkət etmək imkanı qazanacaqlar. Belə ki, Qırmızı xətt üzrə “Həzi Aslanov” stansiyasından hərəkət edən qatar birbaşa “İçərişəhər” stansiyasına gedəcək. “Dərnəgül” istiqamətinə getmək istəyən sərnişinlər isə “28 May” stansiyasında Yaşıl xəttə keçərək hərəkətlərini davam etdirəcəklər. Yaşıl xətt üzrə “Dərnəgül” stansiyasından hərəkət edən qatarın son dayanacağı isə “Xətai” stansiyası olacaq.
Müqavilə “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və “Bouygues Travaux Publics, LLS”-in beynəlxalq əlaqələr üzrə icraçı direktoru Jan-Denis Arnal tərəfindən imzalanıb. Layihənin icrasına yaxın günlərdə başlanılacaq. İşin icrasının 2016-cı ildə başa çatdırılması planlaşdırılır.
Xatırladaq ki, bu işlərin görülməsi ilə bağlı anlaşma memorandumu 12 may 2014-cü il tarixində Fransa Prezidenti Fransua Ollandın Bakıya rəsmi səfəri zamanı imzalanmışdı.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info