Suaresə “Qızıl buts”u əfsanəvi futbolçu verdi
Tarix: 17.10.2014 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Ötən mövsüm “Liverpul”un heyətində "Real"ın futbolçusu Kriştianu Ronaldo ilə birgə 31 qolla qitənin ən sərrast futbolçusu olan Luis Suaresə “Qızıl buts” mükafatı təqdim edilib.
Hər il Avropa çempionatlarında ən çox qol vuran oyunçuya verilən mükafatın təqdimetmə mərasimi Barselona şəhərində keçirilib. Avropa İdman Mediyası tərəfindən təşkil edilən mərasimdə Uruqvay millisi və “Barselona” klubunun hücumçusuna “Qızıl buts”u “Liverpul”un əfsanəvi futbolçusu və ayrı-ayrı dövrlərdə ingilis təmsilçisini çalışdıran Kenni Dalqliş verib. Sabiq oyunçunu isə mərasimə Suaresin özü şəxsən çağırıb. Qeyd edək ki, 27 yaşlı forvard DÇ-2014-də millisinin İtaliya ilə matçında rəqib komandanın müdafiəçisi Corco Kyellinini dişlədiyinə görə 4 ay yaşıl meydanlardan kənarlaşdırılıb. Onun cəzası Beynəlxalq İdman Arbitraj Məhkəməsinin qərarı ilə oktyabrın 24-də sona çatacaq. Suares İspaniya La Liqasının IX turu çərçivəsində oktyabrın 25-də Madrid “Real”ı ilə keçirəcəkləri görüşdə oynaya biləcək.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info