Bolqar Dili və Mədəniyyəti Mərkəzinin 10 illiyi qeyd edilib
Tarix: 17.10.2014 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


2004-cü il oktyabrın 7-də Bakı Slavyan Universitetində Bolqar Dili və Mədəniyyəti Mərkəzi yaradılıb. Mərkəzin yaranmasının 10 illik yubileyi münasibəti ilə ali təhsil müəssisəsində oktyabrın 16-sı təntənəli tədbir təşkil edilib. Tədbirdə Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Maya Xiristova, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndələri, universitetin professor-müəllim heyəti və bolqar dili üzrə təhsil alan tələbələr iştirak ediblər. Bu haqda BSU-nun Mətbuat xidməti qəzetimizə məlumat verib.
Tədbiri giriş sözü ilə açan BSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, millət vəkili, professor Sahibə Qafarova xanım səfiri və digər qonaqları universitetin rektoru, professor Asif Hacıyevin adından salamlayaraq onları mərkəzin yubileyi münasibəti ilə təbrik edib. Professor S. Qafarova Bakı Slavyan Universitetində bolqar dilinin 1996-cı ildən tədris olunduğu bildirib. O, həmçinin artıq 10 ildir fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzinin əsas vəzifəsinin Azərbaycan və Bolqarıstan arasında mədəni əlaqələri inkişaf etdirməkdən və gənclərin hər iki ölkənin mədəniyyətinə, təhsilinə marağını artırmaqdan ibarət olduğunu qeyd edib.
Mərasimə böyük məmnuniyyətlə qatılan xanım Maya Xiristova Bolqar Mərkəzinin 10 illiyinə həsr olunmuş maraqlı tədbiri təşkil etdiyinə görə universitetin rəhbərliyinə və bolqarşünas tələbələrə dərin minnətdarlığını bildirib. Öz çıxışı zamanı Bolqarıstanla Azərbaycan arasındakı siyasi-mədəni əlaqələrdən danışan xanım səfir azərbaycanlı tələbələrin bolqar dili və mədəniyyətini belə tez və mükəmməl mənimsəməsinə, bu dilə göstərilən hörmət və qayğıya heyran qaldığını xüsusilə vurğulayıb.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov yubiley münasibətilə bolqarşünas tələbələri təbrik edib və fondun adından onlara hədiyyələr bağışlayıb.
BSU-nun Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov öz çıxışında bildirib ki, mərkəz bu ölkənin dövlət xadimləri, elm, mədəniyyət nümayəndələri ilə keçirilən görüşlərin təşkilində böyük rola malikdir. O, Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliyi ilə sıx və müştərək əlaqələrin və tərkiblərin olduğunu da qeyd edib.
Tədbirdə Bolqar Dili və Mədəniyyəti Mərkəzinin 10 illik fəaliyyətinə həsr olunmuş qısa metrajlı film nümayiş olunub. Daha sonra mərasim bolqarşünas tələbələrin bolqar və Azərbaycan dillərində hazırladıqları konsert proqramı ilə davam etdirilib. Sonda bolqar milli rəqsinin nümayişi iştirakçılarda xüsusi maraq doğurub.
Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info