“Azərbaycan və İran müştərək televiziya yarada bilər”
Tarix: 17.10.2014 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


“Azərbaycan və İranın müştərək televiziyası yaradıla bilər”. İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bunu səfir Möhsün Pak Ayin jurnalistlərə açıqlamasında bildirib. İran Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqaminin bu günlərdə Azərbaycana baş tutmuş səfərini şərh edən Pak Ayin qeyd edib ki, səfər zamanı əldə olunan nailiyyətlər, əlaqələrin möhkəmlənməsi istiqamətində atılmış addımlar və Azərbaycan tərəfinin dost münasibəti Tehranı razı salıb. “Xoşbəxtlikdən son iki ildə qarşılıqlı etimad doğuran işlər və şəffaf müzakirələr nəticəsində hər iki ölkə məsələlərə daha real yanaşaraq əməkdaşlıq və dostluq münasibətlərinin zəruriliyinə diqqət ediblər. Bu dəyişikliyi yalnız rəsmi səviyyədə deyil, eyni zamanda media sahəsində də müşahidə etmək olar. Səfər zamanı tərəflər müştərək media komitəsi yaradaraq əlaqələrin dərinləşməsi istiqamətində razılığa gəliblər. Bu mühüm qərar iki ölkənin əlaqələrin inkişafındakı iradəsinin göstəricisidir” - deyə səfir bildirib. Texniki məsələlər və yayım tezliklərində müdaxilə hallarının tənzimlənmə yolları, İran seriallarının Azərbaycanda və Azərbaycan seriallarının İranda nümayişi, eləcə də İrandan rəqəmsal ötürücülərin alınması kimi razılaşmalara toxunan diplomat əlavə edib ki, sonrakı mərhələdə Azərbaycan və İran arasında müştərək televiziyanın yaradılması barədə müzakirələr gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info