“Ermənilər hər dəfə razılaşmaları xaincəsinə pozublar”
Tarix: 17.10.2014 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Mübariz Göyüşlü: “ATƏT-ə və digər beynəlxalq təşkilatlara, ölkələrə bu məsələləri çatdırmaq lazımdır”
Ermənilər hər zaman Azərbaycana qarşı düşmən mövqeyində olublar. Zaman-zaman ermənilərin Azərbaycana qarşı torpaq iddiasında olması bunu bir daha sübut edir. Tarixi faktlar da sübut edir ki, indiki Ermənistan dövləti Azərbaycan torpaqları ərazisində yaradılıb. Bu torpaqların bir qismi ermənilərə güzəştə gedilib, bir qismini də ermənilər təcavüz yolu ilə əldə ediblər.
Maraqlıdır ki, 1918-ci ildə ermənilərə Azərbaycanın İrəvan və ətrafındakı torpaqları güzəştə gedilərkən, onlar bir daha Azərbaycana qarşı torpaq iddiasında olmayacaqları ilə bağlı öhdəlik götürüblər. Ermənilərin Azərbaycana məxsus Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal etməsi onların öhdəliyi pozduğunu göstərdi. "Müasir İnkişaf" İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Göyüşlünün fikrincə, bu, ermənilərin xislətindən irəli gəlir: “Bu, ermənilər tərəfindən şifahi və yazılı öhdəliklərin, razılaşmaların pozulmasında birinci belə hal deyil. Çətinə düşəndə, güclünü görəndə qarşısında əyilmək, gücsüzü görəndə və əlinə fürsət düşəndə qəddarlaşmaq yaranışdan onların xislətidir. Bu da bir daha sübut edir ki, onlarla hansısa saziş imzalamaq, hansısa müqavilə bağlamaq və arxayın olmaq ki bunu yerinə yetirəcəklər, bu özünü aldatmaqdan başqa bir şey deyil. Nəinki müqavilə bağlamaq, ümumiyyətlə, bir millət ki digərinə qarşı, uzun müddət qonşuluqda yaşadığı bir topluma qarşı hər cür qəddarlıqla soyqırımı törədir, onunla hansı razılığa gəlmək, onunla hansı müqaviləni bağlayıb arxayın olmaq olar?”.
M.Göyüşlüyə görə ATƏT-ə və digər beynəlxalq təşkilatlara, ölkələrə bu məsələləri çatdırmaq lazımdır: “Qoy görsünlər ki, ermənilər hər dəfə razılaşmaları xaincəsinə pozublar. Qarabağın sülh yolu ilə azad olunacağına inanmaq zor işdir. Deyək ki, müqavilə bağlandı, həmin beynəlxalq təşkilatlar və dövlətlər təminat verirlərmi ki ermənilər 100 il əvvəl olduğu kimi indi də razılaşmanı pozmayacaqlar?
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
“Rusiya Ermənistanın iki kürsüdə oturmaq cəhdinə dözməyəcək”
19.02.2019
“İran Avrasiya İttifaqına qoşulacaq”
19.02.2019
“Suriya və İraqdan qaçan terrorçular Əfqanıstanda terror xabı yaradır”
18.02.2019
Köçəryanın oğluna qarşı cinayət işi qaldırılıb
18.02.2019
Mer seçkisində Paşinyanın namizədi məğlub oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info