Polad Bülbüloğlu “İlin səfiri” seçilib
Tarix: 17.10.2014 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası 6 aylıq sorğunun nəticələri açıqladı. Dünən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası “Azərbaycan müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin rolu” layihəsi çərçivəsində növbəti tədbiri keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov, ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev , Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı fondunun direktoru Şamil Tağıyev və media nümayəndəli iştirak edirdilər. Tədbiri giriş sözü ilə ASGA-nın təsisçisi və sədri Səbuhi Abbasov açaraq təşkilatın həyata keçirdiyi layihələr haqqında məlumat verdi: “Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin təbliği məqsədi ilə başladığımız beynəlxalq layihə çərçivəsində müxtəlif sahələr üzrə sorğular həyata keçiririk. Bu sorğulardan biri “İlin səfiri”nin seçilməsi məqsədi ilə aparılır. Budəfəki sorğumuzun qalibi Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqaladə və Səlahiyyətli səfiri Polad Bülbüloğludur. Bir məqama xüsusi olaraq toxunmaq istəyirəm ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla xanım Əliyevanın fəaliyyətinin nəticəsi olaraq Rusiyada yaşayan gənclərimiz arasında ciddi təşkilatlanma işi gedib. Öz növbəmdə bizə göstərilən dəstəyə görə Leyla xanıma xüsusi təşəkkürümü bildirirəm” Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu çıxış edərək Rusiya-Azərbaycan əlaqələrinin tarixi köklərindən danışdı: “Rusiya-Azərbaycan əlaqələri hər sahədə yüksələn xətt üzrə inkişaf etməkdədir. Çünki bu münasibətlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanda sağlam gəncliyin yetişməsi, təşkilatlanması çox önəmlidir. Rusiyada bu iş Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla xanım Əliyevanın rəhbərliyi ilə uğurla reallaşmaqdadır. Mən sizlərin bizim fəaliyyətimizə verdiyiniz qiyməti yüksək qiymətləndirir və “İlin səfiri” adına layiq görülməyimdə payı olan, sorğuda iştirak edən hər kəsə təşəkkür edirəm.” Sonda mükafat Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğluna tədim olundu.


Fuad




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info