Nizami adına Ədəbiyyat İnstitutu növbəti beynəlxalq müqaviləyə imza atdı
Tarix: 17.10.2014 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Rusiya Təhsil Akademiyası Sankt-Peterburq Smolnı Universitetinin rektoru, Beynəlxalq Energetika Akademiyasının akademiki, Humanitar Elmlər Akademiyasının müxbir üzvü, həmvətənimiz Heydər İmanovla görüş keçirilib. Görüş zamanı Nizami adına Ədəbiyyat İnstitutu ilə Sankt-Peterburq Smolnı Universiteti arasında elmi əməkdaşlıq barədə müqavilə imzalanıb. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli son bir ildə akademiya sistemində aparılan uğurlu islahatlardan danışdı. İslahatların humanitar elmlər sferasını da əhatə etdiyini bildirən akademik İsa Həbibbəyli bu sahədə elmi-tədqiqat işlərinin genişləndirilməsini prioritet istiqamət kimi nəzərdə tutan bir sıra yeni qurumların da yaradıldığını diqqətə çatdırdı. Akademik qeyd etdi ki, indi akademiya sistemində yeni yaradılan Dünya siyasəti, Elm Tarixi və Qafqazşünaslıq institutlarının formalaşması prosesi gedir ki, bu da yeni elmi istiqamətlərdə geniş tədqiqat-araşdırma işlərinin aparılmasına geniş meydan açacaqdır. Ədəbiyyat İnstitutunda da aparılan islahatlardan ətraflı danışan akademik İsa Həbibbəyli yanvar ayında elmi-tədqiqat müəssisəsinin 80 illik yubileyinin təntənəli şəraitdə keçirildiyini, institutda yeni elmi nəşrlərin fəaliyyətə başladığını, akademiya sistemində ilk olaraq yaradılan elektron akt zalı barədə danışaraq aparılan tədqiqat işlərindən ətraflı bəhs etdi. Akademik İsa Həbibbəyli Rusiyada, o cümlədən Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Azərbaycan diasporu ilə əlaqələrin daha da genişləndirilməsinin, bu fəaliyyət istiqamətində universitet qurumlarının birgə əməkdaşlığının önəmliliyini bildirərək birgə konfransların, onlayn müzakirələrin, kitab, məqalə mübadiləsinin böyük əhəmiyyətini diqqətə çatdırdı.
Ədəbiyyat İnstitutunda yaradılan şəraitlə, akademiyanın Dairəvi zalı və institutun Elektron akt zalı ilə tanış olan Sankt-Peterburq Smolnı Universitetinin rektoru, professor Heydər İmanov isti qarşılandığına görə akademiya rəhbərliyinə təşəkkürünü bildirdi. O, rəhbərlik etdiyi elmi müəssisənin yaradıcılıq fəaliyyətindən ətraflı məlumat verərək burada aparılan tədqiqat işlərinin mahiyyətini nəzərə danışdı. Elmi sferada əməkdaşlıq əlaqələrinin yaradılmasında hər iki ölkənin maraqlı olduğunu vurğulayan qonaq Azərbaycan və rus alimlərinin qarşılıqlı elmi əməkdaşlıq fəaliyyətini yüksək dəyərləndirdi. Professor Heydər İmanov hər iki ölkənin elmi qurumları arasında yaranan əlaqələr çərçivəsində birgə tədbirlər, informasiya texnologiyalarından qarşılıqlı səmərəli istifadə, arxiv materiallarından maksimum yararlanma və sairə prioritetlər barədə nəzərdə tutduqları layihələrdən ətraflı danışdı. Qeyd etdi ki, Azərbaycan və Rusiyanın elmi qurumları arasında yaranan əməkdaşlıq hər iki ölkə alimlərinin uğurlu tədqiqat işlərini daha da genişləndirməyə münbit şərait yaradacaq.
Sonra Nizami adına Ədəbiyyat institutu ilə Smolnı Universiteti arasında elmi əməkdaşlıq barədə müqavilənin imzalanması mərasimi keçirildi. Sonda hər iki elmi-tədqiqat müəssisəsinin rəhbərləri qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim etdilər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
03.12.2020
Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı
03.12.2020
Suqovuşan və Talış kəndlərində inspektorlar təyin edilib, xidməti post qurulub - DİN
02.12.2020
Firdovsi Umudov iki gözünü itirən qazini ziyarət etdi-VİDEO
02.12.2020
Bu qablar uşaqlarda davranış pozuntularının yaranma riskini artırır - XƏBƏRDARLIQ
02.12.2020
Müdafiə Nazirliyi hərbi xidmətdən tərxislə bağlı vətəndaşlara müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
2 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
3 Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq
4 İqor Korotçenko: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu məsələ birdəfəlik və həmişəlik bağlanıb”
5 “Anamın kitabı” pyesi əsasında çəkilən film tamaşaçıların görüşünə gələcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info