Ermənistanı tərk edənlərin sayı ötən ilə nisbətən 20 faiz artıb
Tarix: 17.10.2014 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Bu ilin ilk 9 ayı ərzində Ermənistanı tərk edənlərin sayı 51 954 nəfər olub. Ermənistan mətbuatında yer alan xəbərə görə, bu, təkcə İrəvanın “Zvartnots” və Gümrünün “Şirak” hava limanlarında qeydiyyatdan keçərək ölkədən gedənlərin sayıdır. Onlar bir daha Ermənistana qayıtmayıblar.
Ölkəni tərk edənlərin sayı ötən ilə nisbətən 20 faiz artıb. Belə ki, ötən il bu rəqəm 43 224 nəfər olub.
Qeyd edək ki, Ermənistan iqtisadiyyatında son illərdə yaranan tənəzzül birbaşa olaraq bu ölkənin bir sıra beynəlxalq iqtisadi layihələrdən kənarda qalması və təcavüzkar siyasətinin nəticəsi kimi qiymətləndirilir. Hətta erməni müxalifət liderləri də dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsi olmasaydı Ermənistanda yaşayış səviyyəsi indikindən qat-qat yüksək olardı və insanlar da çətin şəraitdə yaşamaqdan bezib Ermənistanı tərk etməzdilər. İnkişafa birbaşa təsir edən bir çox layihələrdən əməkdaşlıqlardan təcrid olan Ermənistanda yaxın beş ildə durumun daha da ağır vəziyyətə gələcəyi də proqnozlaşdırılır. Xüsusən də bu ölkədə ərzaq qıtlığı və bahalılığı ilə bağlı nikbin proqnozlar verilmir
Tural




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
Vladimir Putin NATO vә ABŞ-ın hәrbi fәaliyyәtlәrini qiymәtlәndirib
22.11.2019
Bu gün X Azərbaycan-Rusiya Regionlararası forumu öz işinə başlayır
21.11.2019
Azərbaycan və gürcü xalqları arasında dini-mənəvi sahədə əlaqələr müzakirə olunub
21.11.2019
Zaxarova: “Qarabağ münaqişəsinin sülh planı bütün məcburi köçkün və qaçqınların əvvəl yaşadıqları ərazilərə dönmək hüququnu əhatə etməlidir”
20.11.2019
Rusiyada işsizlik səviyyəsi artır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10951

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info