Koreyadakı səfirliyimiz Seuldakı Multikulturalizm Muzeyinə hədiyyələr verib
Tarix: 17.10.2014 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Seul şəhərində fəaliyyət göstərən Multikulturalizm Muzeyində “Səfirliklərin muzeyə töhfələri” adlı sərginin açılış mərasimi keçirilib.
Azərbaycanın Cənubi Koreyadakı səfirliyindən verilən məlumata görə, tədbirdə Seul şəhər meriyasının rəhbərliyi və Seulda akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin rəhbərləri iştirak ediblər.
Açılış mərasimində çıxış edən natiqlər Multikulturalizm Muzeyinin fəaliyyəti barədə danışıb, Seulda fəaliyyət göstərən səfirliklər tərəfindən muzeyə edilmiş ianələr əsasında təşkil olunmuş sərginin Seul sakinlərinin və yerli turistlərin, digər ölkələrin mədəniyyəti ilə tanış olmaları baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Daha sonra rəsmi qonaqlar tərəfindən sərginin rəsmi açılışını əks etdirən lent kəsilib.
Multikulturalizm Muzeyinə Azərbaycanın Koreyadakı səfirliyi tərəfindən Azərbaycana dair suvenirlər, Azərbaycanın mədəniyyət abidələrinin həkk olunduğu xəritə, Azərbaycan xalçası, Milli Elmlər Akademiyası tərəfindən çap olunmuş “Azerbaijan carpet - İrevan group” adlı kitab və fotoşəkilllər ianə edilib.
Açılış mərasimindən sonra sərgiyə baxış zamanı Azərbaycan stendi tədbir iştirakçılarında böyük maraq yaradıb və onlar tərəfindən Azərbaycan mədəniyyəti və tarixinə dair çoxsaylı suallar ünvanlayıb.
Tədbirdə Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov iştirak edib. Sərgi 30 noyabr tarixlərinə qədər şəhər ictimaiyyəti və turistlər üçün açıq olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info