Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 16 vakansiya müsabiqəyə çıxarılıb
Tarix: 17.10.2014 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün növbəti müsabiqə və ümumi müsahibə elan edib. Müsabiqə və müsahibəyə 24 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 451 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb. Müsabiqənin elan olunduğu vakant dövlət qulluğu vəzifələri sırasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) vakansiyaları da yer alıb.
RYTN-də mövcud olan vakansiyalara Hüquq və insan resursları şöbəsi, Hüquqi təminat sektorunda aparıcı məsləhətçi, Beynəlxalq əməkdaşlıq şöbəsi, Beynəlxalq tədbirlərin təşkili sektorunda məsləhətçi, aparıcı məsləhətçi, həmin şöbənin Beynəlxalq təşkilatlarla əlaqələr sektorunda aparıcı məsləhətçi (2 yer), Elektron idarəçiliyin inkişafı şöbəsində məsləhətçi, aparıcı məsləhətçi, İnformasiya cəmiyyətinin inkişafı şöbəsində aparıcı məsləhətçi, böyük məsləhətçi, Tənzimləmə şöbəsi, Arabağlantı və xidmətlər sektorunda məsləhətçi, Sənədlərlə iş və təminat şöbəsində məsləhətçi vəzifələri daxildir.
Bununla yanaşı, müsabiqəyə RYTN, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Sahibkarlığın inkişafı sektorunda baş məsləhətçi (hüquqşünas), sektor müdiri Elektron Təhlükəsizlik Mərkəzində baş mühasib, mərkəzin Beynəlxalq əlaqələndirmə və əməkdaşlıq sektorunda baş məsləhətçi, sektor müdiri vakansiyaları təqdim edilib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info