İspaniya təşkilatı Azərbaycanın mövqeyini müdafiə edib
Tarix: 17.10.2014 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


İspaniyanın Avropa Mədəniyyəti Tanıtım Assosiasiyası (AMTA) Azərbaycanın Dağlıq Qarabağ probleminə dair mövqeyini dəstəkləyən bəyanat qəbul edib.
AMTA-nın İdarə Heyətinin iclasında sədr Cozep Manuel Munoz Lopez təşkilatın üzvləri qarşısında Dağlıq Qarabağ problemini qaldırıb. İclasın yekunları üzrə təşkilat Azərbaycanın mövqeyini rəsmi şəkildə dəstəkləyib. Belə ki, AMTA-nın adından rəsmi bəyanat qəbul edilib. Bəyanatda qeyd edilir ki, Dağlıq Qarabağ regionu 20 ildən artıqdır Ermənistan silahlı qüvvələrinin işğalı altında qalır, həmin ərazidə tarixi və mədəni obyektlər dağıdılır, etnik təmizləmə siyasəti həyata keçirilib, beynəlxalq təşkilatların, xüsusilə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və Haaqa Konvensiyası icra olunmur.
Kataloniya və bütün İspaniyada tanınmış Avropa Mədəniyyəti Tanıtım Assosiasiyasının mənzil-qərargahı Barselonada yerləşir. AMTA fəaliyyəti Avropada mədəni tədbirlərin həyata keçirilməsinə, mədəni irsin, tarixi abidələrin mühafizəsinə yönələn qeyri-kommersiya təşkilatıdır. Xüsusilə təşkilat Avropa Birliyi və Avropa Şurası ilə gənclər proqramları həyata keçirir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
11.12.2019
Azərbaycan növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün Avropa Şurasına dəvət göndərib
11.12.2019
YAP nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
11.12.2019
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu ABŞ-da minə yaxın kimsəsiz insana süfrə açıb
10.12.2019
Sivil mübarizədən yayınanlar yenə boykota sığınır
10.12.2019
YAP növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
2 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
3 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
4 Avropada işsizlər ordusu yaranır
5 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info