Gələn həftə növbəti bələdiyyə seçkilərinin keçiriləcəyi tarix elan ediləcək
Tarix: 17.10.2014 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


Gələn həftə Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçiriləcəyi tarix elan ediləcək. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün MSK-da keçirilən müşavirənin açılışındakı çıxışı zamanı bildirib. Onun sözlərinə görə, qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı artıq tədbirlər planı da hazırlanıb. M.Pənahov qeyd edib ki, bütün addımları atmağa başlayanda onların qanunvericiliyin tələblərinə uyğun olması üçün MSK tədbirlər görməyə, maarifləndirici işlər aparmağa başlayıb.
MSK sədri bildirib ki, Azərbaycan artıq həm iqtisadi, həm də insanların potensialı baxımından inkişaf etmiş ölkədir. Azərbaycan müstəqilliyini qazanandan, dövlət strukturları formalaşandan sonra dünyanın demokratik dövlətlər ailəsinin üzvü olduğunu ortaya qoya bilib: "Azərbaycanın xoşbəxt gələcəyini təmin etmək üçün, o cümlədən ölkədə demokratik seçkilərin keçirilməsinin təmin edilməsi üçün mühüm addımlar atılıb. Bütün dünyada dövlətlərə, xalqlara qiymət o ölkədə keçirilən seçkilərə verilən qiymət əsasında formalaşır. Məhz ona görə də Azərbaycanda seçkilərin demokratik, ədalətli, şəffaf şəkildə keçirilməsinə ciddi diqqət var. Azərbaycan Prezidenti bu məsələni həmişə diqqətdə saxlayır".
Onun fikrincə, Azərbaycan Seçki Məcəlləsi tamlığı və hərtərəfliliyinə görə nəinki Avropada, bütün dünyada seçilən hüquqi sənəddir və bunu beynəlxalq ekspertlər də təsdiq edirlər.
M.Pənahov əlavə edib ki, harada ədalətli seçkilərin keçirilməsi üçün ölkə rəhbərliyinin siyasi iradəsi yoxdursa, dünya təcrübəsi göstərir ki, bu, orada ciddi problemlərə gətirib çıxarır. Amma bu vaxta kimi Azərbaycan Prezidentinin ölkədə seçkilərin demokratik, şəffaf keçirilməsi üçün iradəsinin olmamasına heç işarə belə yoxdur: "Qısqanc ölkələr, qısqanc qurumlar insan hüquqlarının ölkələrin daxili işləri olmadığını əsas gətirərək seçkilər yolu ilə Azərbaycana müdaxilə etmək imkanları əldə edə bilərlər. Biz də çalışmalıyıq ki, onlara bu imkanları verməyək".
O, əlavə edib ki, MSK seçkilərin yüksək səviyyədə, demokratik, şəffaf və ədalətli qaydada keçirilməsi üçün hazırda bütün dövlət orqanları ilə sıx əməkdaşlıq edir.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info