Bələdiyyə seçkiləri ilə bağlı sərbəst toplaşma üçün 2800-dən artıq açıq və qapalı yerlər müəyyən edilib
Tarix: 17.10.2014 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Qarşıdakı seçkinin xüsusiyyətini nəzərə alaraq icra hakimiyyəti orqanları tərəfindən sərbəst toplaşma üçün 2800-dən artıq açıq və qapalı yerlər müəyyən edilib. Bunu Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün MSK-da keçirilən müşavirədə “Seçkilərin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda çıxış edən Prezidenti Administrasiyası Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov deyib. Onun sözlərinə görə, Azərbaycanda son illər seçkilərin keçirilməsi istiqamətində böyük təcrübə qazanılıb. PA rəsmisi Azərbaycan Prezidentinin seçkilərin qanun çərçivəsində keçirilməsində israrlı olduğunu, seçkilərə kənar müdaxilə hallarının qarşısının alınması və belə hallara yol verən şəxslərin cəzalandırılması haqqında tapşırıqlarını xatırladıb: "Azərbaycanda 1607 bələdiyyəyə keçiriləcək bələdiyyəyə seçkilərinin yüksək səviyyədə təşkil olunması üçün hər cür şərait yaradılıb. Seçkilərin keçirilməsi ilə bağlı bütün maddi-texniki problemlər aradan qaldırılıb". H.Mövsümov qeyd edib ki, bu gün DSK-ların müasir tələblərə cavab verən şəraitlə təmin olunması seçkilərin beynəlxalq standartlarına uyğun keçirilməsinə imkan verir: "Seçki komissiyalarına yüksək şəraitin yaradılması baxımından Azərbaycan dünyada aparıcı yerlərdən birini tutur". O, həmçinin bildirib ki, Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi xüsusi diqqət mərkəzindədir və son illərdə bütün müvafiq qurumlar bu işə cəlb olunub. Nəticədə seçici siyahıları ilə bağlı nöqsanlar o qədər azalıb ki, onlar fövqəladə hal kimi qəbul olunur və dərhal da aradan qaldırılır.
H.Mövsümov əlavə edib ki, Azərbaycanın uğurlarına sevinməyən qüvvələr vaxtilə məntəqələrdə veb-kameraların quraşdırılması və seçkilərin canlı yayılmasını seçkilərə müdaxilə kimi qiymətləndirdilər. Lakin sonda bunun seçkilərin demokratikliyini təmin etdiyini görüb susdular.
Onun fikrincə, növbəti seçki prosesində məntəqələrdə veb-kameraları quraşdıracaq şəxslərin məsuliyyəti artırılmalı, onlara xüsusi təlimlər keçirilməli, aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlığının artırılması, onların maarifləndirilməsinə daha çox diqqət yetirilməlidir.
Qeyd edək ki, bu ilin dekabrında Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi nəzərdə tutulur.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info