Qırğızıstanda Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası təqdim edilib
Tarix: 17.10.2014 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Azərbaycanın Qırğızıstandakı səfirliyinin dəstəyi ilə Bişkekdəki Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrında Azərbaycan musiqisi günü keçirilib.
Teatrın direktoru Timur Salamatov son vaxtlar səfirliyin iki qardaş ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı istiqamətində gördüyü işləri yüksək qiymətləndirib.
Qırğızıstan mədəniyyət, informasiya və turizm nazirinin birinci müavini Akimbek Tekeşov Bişkekdə növbəti dəfə belə böyük tədbirin təşkilinə görə Azərbaycanın Qırğızıstandakı səfirliyinə təşəkkürünü bildirib, ölkələrimiz arasında mədəni əlaqələrin inkişafı sahəsindəki xidmətlərinə görə səfir Hidayət Orucova nazirliyin fəxri medalını təqdim edib.
Mükafata görə dərin təşəkkürünü bildirən səfir Hidayət Orucov deyib ki, Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişaf edir və bu xətt Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstanın dövlət başçısı Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindəndir.
Son illər Azərbaycan və Qırğızıstanda bir çox maraqlı humanitar birgə layihələrin reallaşdırıldığını söyləyən diplomat vurğulayıb ki, belə tədbirlərin təşkili qardaş xalqlarımızı daha da yaxınlaşdırır.
H.Orucov qeyd edib ki, bu gün baxacağımız “Arşın mal alan” operettası həm yaşlı, həm də gənc nəsil arasında çox sevilir, çünki əsər bütün zamanların unudulmaz incisidir. 101 il bundan əvvəl - 1903-cü ildə hələ Peterburq konservatoriyasının tələbəsi olarkən Üzeyir Hacıbəyli “Arşın mal alan” operettasını yazıb və elə həmin ildə də bu operetta Bakıda Tağıyev teatrında səhnəyə qoyulub.
Səfir bildirib ki, bu əsər 76 ölkənin 187 teatrında səhnələşdirilib, 1945-ci ildə çəkilmiş “Arşın mal alan” filmi isə 136 ölkədə göstərilib.
H.Orucov deyib: ”Üzeyir Hacıbəyli müsəlman şərqində ilk operanın, operettanın yaradıcısı, ümumilikdə isə Azərbaycan professional musiqisinin banisidir. 1908-ci il yanvarın 25-də böyük bəstəkarın Azərbaycan milli opera sənətinin ilk nümunəsi kimi tarixə düşən “Leyli və Məcnun”u səhnəyə qoyulub”.
Səfir “Arşın mal alan” operettasını tamaşaya hazırladığı üçün Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrının kollektivinə dərin təşəkkürünü bildirib.
Sonra “Arşın mal alan” operettasının təqdimatı keçirilib.
Tamaşanın quruluşçu rejissoru Qırğızıstanın Əməkdar Artisti Sapar İsmailov, dirijoru Xalq Artisti Jumakadır Kanimetov, baletmeysteri Berdalı Pomankulov, xormeysteri Karaqul Tilençiyevdir.
Əsərin librettosunun tərcüməçisi Uzakbay Abdukaimovdur.
Tamaşada əsas rollarda Gülnur Niyazbayeva (Gülçöhrə), Stalbek Junuşaliyev (Əsgər), Nurciqit Asanov (Süleyman), Qırğızıstanın Əməkdar Artisti Kayınbek Kuskakov (Soltan bəy), Kunduz Karıppayeva (Asya), Salıyma Mamatova (Telli), Almazbek İstambayev (Vəli) çıxış edib.
Tamaşanı teatrın xoru və simfonik orkestri müşayiət edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
“Anamın kitabı” pyesi əsasında çəkilən film tamaşaçıların görüşünə gələcək
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
2 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
3 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
4 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
5 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info