Hava yenidən kəskin soyuyacaq
Tarix: 17.10.2014 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


Azərbaycanda uzun müddət davam edən mülayim hava şəraitindən sonra hava kəskin dəyişəcək, temperatur 10-12 dərəcə enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib ki, uzun müddət davam edən mülayim hava şəraitindən sonra Bakıda və Abşeron yarımadasında oktyabrın 19-u günün ikinci yarısından başlayaraq hava şəraitinin dəyişiləcəyi, axşama doğru isə kəskinləşəcəyi gözlənilir.
Gün ərzində arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru daha da şiddətlənəcək. Güclü küləkli hava şəraiti oktyabrın 20-si gündüzə kimi davam edəcək. Oktyabrın 19-da axşam və oktyabrın 20-də gecə və səhər saatlarında yağış yağacağı gözlənilir.
Oktyabrın 19-da havanın temperaturu günün birinci yarısında 20-25 dərəcə isti təşkil etsə də, axşam saatlarından başlayaraq şimal küləyinin güclənməsi ilə əlaqədar temperatur 10-12 dərəcə enəcək. Oktyabrın 20-də gecə və gündüz saatlarında havanın temperaturu 10-14 dərəcə isti olacaq.
Respublikanın rayonlarında isə havanın dəyişməsinə səbəb olan proses bir qədər tez başlayacaq. Proses oktyabrın 19-da səhər saatlarında şimal və qərb rayonlarından başlayacaq. Gün ərzində isə bu proses artıq əksər rayonları əhatə edəcək, hava şəraiti kəskin dəyişəcək, yağıntı müşahidə ediləcək. Bəzi rayonlarda yağıntıların intensiv olacağı ehtimalı var.
Oktyabrın 19-da və oktyabrın 20-si gündüzə kimi rayonlarda qərb küləyinin güclənəcəyi gözlənilir. Oktyabrın 20-də temperaturun ötən günlərlə müqayisədə 8-12 dərəcə enəcəyi proqnozlaşdırılır. İntensiv yağıntılar nəticəsində çaylarda sululuğun artacağı ehtimalı var.
U.Tağıyeva bildirib ki, bu proses kəskin olsa da, qısamüddətli olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info