ABŞ-da Azərbaycana dair mühazirə keçirilib
Tarix: 17.10.2014 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın nüfuzlu təhsil ocaqlarından olan, San Dieqoda yerləşən Kaliforniya Universitetində (University of California, San Diego) “Azərbaycan və Xəzər bölgəsində hazırkı durum” mövzusunda çıxış edib.
Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan verilən məlumata görə, universitetin dəvəti ilə gerçəkləşən tədbirdə universitetin professor və tələbələri iştirak edib. Baş konsul N.Ağayev çıxışında Azərbaycanın zəngin mədəni irsi, keçdiyi tarixi inkişaf yolu və yerləşdiyi coğrafi məkan, eləcə də Azərbaycanın multikultiralizmin mərkəzlərindən biri olması və ölkəmizin qədim tolerantlıq ənənələri barədə danışıb. O, 1918-ci ildə Azərbaycan xalqının İslam dünyasında ilk dünyəvi parlamentli respublika yaratdığını, bu respublika tərəfindən qadınlara səsvermə hüququnun ABŞ-dan da öncə verildiyini qeyd edib. Baş konsul İkinci Dünya müharibəsində nasizm üzərində qələbənin əldə olunmasında Azərbaycan neftinin və neftçilərinin oynadığı fövqəladə rolu tədbir iştirakçılarının diqqətinə çatdırıb. N.Ağayev həmçinin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən bəhs edərək, bu səpkidə Xocalı soyqırımı haqda tədbir iştirakçılarını ətraflı şəkildə məlumatlandırıb.
Baş konsul Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yorulmaz səyləri nəticəsində 1994-cü ilin 20 sentyabrında “Əsrin Müqaviləsi” adlı tarixi sənədin imzalandığını, bununla da ölkəmizin neft strategiyasının və gələcək inkişafının bünövrəsinin qoyulduğunu bildirib. O, ötən dövr ərzində prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan nailiyyətləri qeyd edərək, bu müsbət irəliləyişlərin əsası ümummilli lider tərəfindən qoyulan və bu gün uğurla davam etdirilən uzaqgörən siyasətin nəticələri olduğunu vurğulayıb. N.Ağayev bu gün Azərbaycanın regionda siyasi və iqtisadi güc mərkəzinə çevrildiyini söyləyib. Diplomat Azərbaycanın yürütdüyü konstruktiv xarici siyasət barədə danışaraq, ölkəmizin region dövlətləri və beynəlxalq birlik ilə münasibətləri barədə iştirakçılara məlumat verib.
Tədbirin sual-cavab qismində baş konsul iştirakçıların müxtəlif səpkili suallarını cavablandırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info