Bundan sonra bələdiyyələr hər il hesabat verəcək
Tarix: 17.10.2014 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


"Azərbaycanda bələdiyyələr inkşaf edəcək. Buna vaxt lazımdır. Onlar ölkədə mərkəzi icra hakimiyyətlərindən sonra əsas amil olacaqdır". Trend xəbər verir ki, bunu Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün MSK-da keçirilən müşavirədə “Bələdiyyələrin yenidən təşkili təcrübəsinin onların fəaliyyətinə və bələdiyyə seçkilərinə təsiri” mövzusunda çıxış edən Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib. Onun sözlərinə görə, Azərbaycanda bələdiyyələr yarandığı 15 il ərzində xeyli inkişaf yolu keçib. Lakin bələdiyyələrin üzərlərinə düşən vəzifələrin öhdəsindən lazımınca gəldiklərini demək səhv olardı: "İradlar, narazılıqlar var. Bunun bariz sübutunun biri odur ki, 2009-cu ildəki bələdiyyə seçkilərini 1999-cu ildə keçirilmiş bələdiyyə seçkiləri ilə müqayisə etdikdə seçkidə iştirak edənlərin sayı 20 faiz azalıb. Bu, çox böyük və xoşagəlməz rəqəmdir". A.Rəhimzadə qeyd edib ki, bütün bələdiyyələr heç də vəzifələrinin öhdəsindən gəlmirlər: "Burada bələdiyyələrin yarıtmaz işi öndə durur. Lakin burada başqa məsələlələr də var. Onlar büdcələrini formalaşdıra bilmirlər və əhalinin problemlərinin həlli üçün lazımi imkanları olmur. Bununla bağlı oktyabrın 28-də Milli Məclisdə "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu müzakirə ediləcək. Qanunda bələdiyyələrin daşınmaz əmlaka görə sanballı vergilər tuta biləcəyi nəzərdə tutulur. İndiyədək bu vergi binaların balans dəyəri ilə müəyyənləşdirdi. İndi isə bələdiyyə hər kv.m.-ə uyğun olaraq öz vergisini alacaq. Nəzərdə tutulur ki, bu vergi nağd yox, bank və poçt vasitəsilə ödənilsin".
Parlamentin komitə sədri bildirib ki, bundan sonra bələdiyyələr hər il hesabat verəcək. Onların fəaliyyəti qeyri-qənaətbəxş hesab edildikdə bələdiyyələr vaxtından əvvəl buraxıla bilərlər.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
Bakı-Quba yolunda ağır qəza - Yük maşını aşaraq yolu bağladı
22.11.2019
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22.11.2019
Meksikada çörək zavodunda partlayış baş verib
21.11.2019
Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21.11.2019
Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info