4500-dən çox əlilliyi olan şəxsə birdəfəlik maddi yardım verilib
Tarix: 17.10.2014 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


Cari ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ayrı-ayrı ildönümlərlə əlaqədar, həmçinin sosial-məişət problemlərinin həllinə köməklik məqsədilə ümumilikdə 4538 nəfər əlilliyi olan şəxsi və 115 şəhid ailəsini birdəfəlik maddi yardımla təmin edib. Belə ki, 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar həmin faciədə şəhid olan 115 nəfərin ailəsinin və 319 nəfər 20 Yanvar əlilinin hər biri 50 manat, sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü ilə əlaqədar həmin ölkədə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş 196 nəfər şəxsin hər biri 100 manat məbləğində birdəfəlik maddi yardımla təmin edilib. Çernobıl AES-də baş vermiş qəzanın 28-ci ildönümü ilə əlaqədar həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərək əlil olmuş 468 nəfər şəxsin hər birinə 2013-cü ildəki ilə müqayisədə 66,6 faiz çox, yəni 50 manat məbləğində birdəfəlik maddi yardım verilib. 15 Sentyabr – Bilik Günü münasibəti ilə tərkibindən 2 və daha çox sağlamlıq imkanları məhdud məktəbli uşaqları olan 1535 ailənin 3200 uşağının hər birinə 30 manat məbləğində birdəfəlik maddi yardım ödənilib. Bu isə əvvəlki dövrlə müqayisədə ailələrin sayına görə 1,56 dəfə, uşaqların sayına görə 1,54 dəfə, ödənilən məbləğə görə 1,5 dəfə çoxdur. ƏƏSMN-nin müvafiq Komissiyasında müraciətlərinə baxılan vətəndaşlardan sosial müdafiəyə daha çox ehtiyacı olan 337 nəfər əlilliyi olan şəxsə ümumilikdə 66680 manat məbləğində birdəfəlik maddi yardım verilib ki, bu göstəricilər ötən ilin uyğun göstəriciləri ilə müqayisədə müvafiq olaraq 2,09 dəfə və 4,87 dəfə çoxdur. Əlilliyi olan şəxslərdən ölkə daxilində müalicəsinə maddi köməklik göstərilənlərin sayı 15 nəfər, respublikadan kənar müalicəyə göndərilməsinə köməklik göstərilənlərin sayı isə 26 nəfər təşkil edib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info