Bələdiyyə seçkiləri ilə əlaqədar DİN tərəfindən bir sıra müvafiq tədbirlər görüləcək
Tarix: 17.10.2014 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


Azərbaycanda bələdiyyə seçkiləri zamanı seçki komissiyalarının işini pozacaq hər hansı güc yoxdur və belə hal olarsa, bunun qarşısı polis orqanları tərəfindən qətiyyətlə alınacaq. Bunu Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün bu gün MSK-da keçirilən müşavirədə “Seçki prosesində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri” mövzusunda çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov deyib. O.Zalovun sözlərinə görə, Azərbaycanda qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar DİN tərəfindən bir sıra müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Bundan əlavə, polis orqanlarının sayıqlığının artırılması, onların təlimatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi, müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Nazir müavini qeyd edib ki, Azərbaycanda qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar daxili işlər orqanları gücləndirilmiş iş rejiminə keçəcək: "Ən son seçki bülleteni təhvil verilənədək polis orqanları seçki komissiyalarının çağırışına reaksiya verməyə tam hazır olacaq. Əmin ola bilərsiniz ki, tərtib olunan protokollarla əsasən istənilən vaxt polis orqanları tərəfindən qanunauyğun zəruri hərəkətlər görüləcək. Problemli məsələlərlə bağlı müraciət daxil olarsa, onlara dərhal reaksiya veriləcək və həll olunacaq".

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Əlilliyi olan bir qrup şəxs “Duzdağ” fizioterapiya mərkəzinə yola salınıb
22.07.2019
Azərbaycan mətbuatının nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
21.07.2019
Sabah bəzi yerlərdə havanın temperaturu 41 dərəcəyə yüksələcək
20.07.2019
Universiadada ən yüksək nəticə göstərən idmançılar mükafatlandırılıb
20.07.2019
Artıq sarı zolaqlar qüvvədə - Bu yollarda diqqətli olun!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info