VTB (Azərbaycan) Bankı paytaxtdan kənarda ilk filialını açıb
Tarix: 17.10.2014 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Sentyabrın 17-də VTB (Azərbaycan) Bankının Xırdalan şəhərində yeni filialının açılış mərasimi keçirildi. Bankdan verilən məlumata görə, Mehdi Hüseynzadə küç., 2 A ünvanında fəaliyyətə başlayan Xırdalan filialı əhaliyə və iş adamlarına geniş çeşidli bank məhsulları təklif edəcək, fiziki şəxslərə, kiçik və orta biznes sahibkarlarına əmanətlər, kreditlər, plastik kartlar, təcili pul köçürmələri, kommunal xidmətlərin ödənişi üzrə xidmət göstərəcək.
Filialın təntənəli açılış mərasimində Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin və Müşahidə Şurasının üzvləri, VTB Qrupun və “Ataholdinq”-in nümayəndələri, mötəbər qonaq qismində isə Rusiya Federasiyasının Azərbaycandakı səlahiyyətli səfiri Vladimir Doroxin iştirak etmişdir.
"Biz əminik ki, Bank VTB (Azərbaycan) Xırdalan şəhərinin həyatında fəal iştirak edəcək. Filialı açmaqla biz, sürətlə inkişaf edən Xırdalanda istər korporativ müştərilərə, istərsə də əhaliyə ən müasir bank xidmətləri təklif etmək niyyətindəyik", deyə, Bankın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirmişdir.
Sayca Bankın 10-cu filialı olan Xırdalan filialını açmaqla VTB(Azərbaycan) Bankı öz fəaliyyətini Bakıdan kənarda genişləndirməyə başlayır. VTB (Azərbaycan) Bankı yaxın perspektivdə ölkənin digər şəhər və regional mərkəzlərində çoxsaylı filiallar açaraq müştərilərinin xidmətinə vermək niyyətindədir.
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC əsasən korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. Bu gün bank 10 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Aksam.com.tr”: “TANAP və TAP Yunanıstan sərhədində birləşdi”
21.11.2018
SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info