R.Usubov: “Seçki komissiyaları bütün siyasi partiyaların iştirakçılarına ədalətli və bərabər münasibət bəsləməlidirlər”
Tarix: 17.10.2014 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


2014-cü il tarixə həm də Azərbaycanda bələdiyyə seçkilərinin uğurlu keçirilməsi ili kimi düşəcək. Bunu Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün MSK-da keçirilən müşavirədə “Seçki hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu” mövzusunda çıxış edən Baş prokurorun birinci müavini Rüstəm Usubov deyib. R.Usubov qeyd edib ki, ölkədə keçirilən seçkilərdə prokurorluq orqanlarının vəzifələri əsasən daxil olmuş müraciətlərə baxılması ilə əlaqələndirilir.
Onun sözlərinə görə, 23 dekabr 2009-cu il tarixdə Azərbaycanda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı Baş prokurorluğa 125 müraciət daxil olub. Onlardan 3-ü MSK-dan, 2-si hüquq-mühafizə orqanlarından, 120-si isə vətəndaşlardan daxil olub. Onlardan 77 müraciət sənədlərin saxtalaşdırılması, 1-i yerli icra strukturu tərəfindən seçki prosesinə müdaxilə edilməsi, 9-u seçki komissiyalarının vəzifəli şəxslərinin seçki prosesinə müdaxilə etməsi, 5-i yerli strukturlar tərəfindən namizədə hədə-qorxu gəlinməsi, 2-si bələdiyyə üzvlüyünə qeydə alınmış namizədə namizədliyini geri götürülməsinə dair yerli icra strukturları və polis orqanları tərəfindən təzyiq göstərilməsi, 1-i seçki komissiyasının vəzifəli şəxsləri tərəfindən bələdiyyə üzvlüyünə namizədin qeydə alınmasından əsassız imtina, qalanları isə digər pozuntularla bağlı olub.
Baş prokurorun birinci müavini bildirib ki, seçki komissiyaları öz fəaliyyətində hər hansı dövlət və hakimiyyət orqanlarının, bələdiyyə qurumlarının, siyasi partiyaların, qeyri-hökumət təşkilatları və başqa ictimai təşkilatların digər hüquqi və fiziki şəxslərindən asılı deyillər. Seçki komissiyalarının işinə müdaxilə edən və ya təsir göstərən şəxslər Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb edilirlər. Eyni zamanda, seçki komissiyaları da öz fəaliyyətində qanuna əsaslanmalı, qanunları tam bərabər və qərəzsiz tətbiq etməli, bütün siyasi partiyaların və seçki kampaniyasının digər iştirakçılarına ədalətli və bərabər münasibət bəsləməli, onlara münasibətdə neytral və tərəfsiz olmalı, hər hansı birinin dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi başa düşülə bilən hərəkətlərə yol verməməlidirlər.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info