Yüksək intellektə malik və vətənpərvərlik hissi inkişaf edən gənclik formalaşır
Tarix: 17.10.2014 | Saat: 20:47:00 | E-mail | Çapa göndər


|

YAP Binəqədi rayon təşkilatının üzvü

Dövlətimizlə yanaşı, gəncliyimizi də xilas edən ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətini bu gün uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyev daim gənclərə dəstək olur, onlara diqqət göstərir. Gənclər siyasətinin icrası ilə bağlı qanunlar, sərəncamlar, habelə “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Gənc ailə” kimi proqramların təsis edilməsi dövlətimizin gənclərə olan xüsusi diqqətindən xəbər verir. Gənclər Azərbaycanın gələcəyi, inkişafı, müasirləşməsində böyük rolu olan aparıcı qüvvədir. Ulu öndər Heydər Əliyev hər zaman gənclərə güvənib, onlara etimad göstərib. Biz indi bu etimadı Prezident İlham Əliyevin timsalında qabarıq hiss edirik. Bunun əyani təsdiqi olaraq “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nı qeyd etmək olar. Bu proqram əsasında gənclərimiz xaricdə təhsil almaq üçün dünyanın müxtəlif ölkələrinə göndərilir. Onların əsas amalı dünyanın nüfuzlu universitetlərində təhsil alıb ölkəyə qayıtdıqdan sonra Azərbaycan xalqına, dövlətinə xidmət etməkdir. Ümummilli lider Heydər Əliyev deyib: "Hər bir xalq özünün xoşbəxt gələcəyi olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata- babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır”. Son illər Gənclər Mərkəzinin, Prezident yanında Gənclər fondunun və “Gənclər evi”nin yaradılması da bizə olan xüsusi diqqət və qayğının göstəricisidir. Hər il “Gənclər Günü” ilə bağlı genişmiqyaslı tədbirlərin təşkili, müxtəlif sahələrdə nailiyyətlər qazanmış gənclərə mükafatların təqdim olunması, gənclər tərəfindən təqdim edilmiş layihələrin maliyyələşdirilməsi, istedadlı gənclərin beynəlxalq konfranslarda, seminarlarda iştirakının təmini dövlətin bu zümrəyə yüksək etimadının qabarıq sübutudur.
Binəqədi rayonunda da gənclərə göstərilən etimad yüksək razılıq doğurur. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun mütəmadi olaraq gənclərlə görüşməsi, onlara öz tövsiyələrini verməsi bunun bariz təcəssümüdür. Rayonda gənclərin inkişafı üçün hər bir şərait yaradılmışdır və gənclər bundan maksimum dərəcədə faydalanmağa çalışırlar. Binəqədi rayonunda həyata keçirilən layihələr, seminarlar, təlim- treninqlər gənclərin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir.
Bir neçə ay əvvəl start verilmiş “Təmiz Binəqədi” layihəsinin başlıca məqsədi rayonda abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirməkdir. Digər tərəfdən, layihənin maarifləndirici xarakter daşımasının əhəmiyyəti çox böyükdür. Layihə çərçivəsində bir sıra tədbirlər həyata keçirilib və bu da “Baku-2015” ilk Avropa Oyunları ərəfəsində öz töhfəsini verəcək. Bu baxımdan Binəqədi RİH-in təşəbbüsü ilə həyata keçirilən müxtəlif aksiyalarda rayon ictimaiyyəti və könüllü gənclər ərazidə təmizlik işləri aparır və bu yolla əhalinin maarifləndirilməsinə vəsilə olunur. Bu yaxınlarda Binəqədi Rayon icra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, həmçinin Azərbaycan Qolf Federasiyasının birgə təşkilatçılığı ilə bir qrup gəncin Quba rayonunda yerləşən Milli Qolf klubuna ekskursiyasının təşkili gənclərə göstərilən diqqət və qayğının göstəricisi kimi qeyd etmək olar. Bununla yanaşı, YAP Binəqədi rayon təşkilatının gənclərin maarifləndirilməsi istiqamətində həyata keçirdiyi layihələr –“Gənclik, müasirlik, İslam”, “Gənclərimiz insan alverinin qurbanına çevrilməsin”, “Tütün və alkoqolun insan sağlamlığına vurduğu ziyanın tibbi aspektləri”, “Qan ver, həyat xilas et” kimi tədbirlər, humanitar aksiyalar rayon partiya təşkilatının daim gənclərlə çalışdığını, onların hərtərəfli formalaşması istiqamətində mühüm işlər gördüyünü göstərir. Bundan əlavə, gənclərin vaxtlarının səmərəli keçirilməsi məqsədilə Qala Dövlət Tarix – Etnoqrafiya Qoruğuna, “AF Hotel Aqua Park” ailəvi istirahət mərkəzinə və s. Yerlərə mütəmadi ekskursiyaların təşkili də deyilənləri sübut edir. Bunların hər biri gənclər siyasətinin Binəqədidə uğurla həyata keçirilməsinə dəlalət edir.
Həyata keçirilən düşünülmüş siyasətin nəticəsidir ki, Azərbaycanda yüksək intellektə, düşüncə qabiliyyətinə malik və vətənpərvərlik hissi inkişaf edən gənclik formalaşır. Möhtərəm Prezident İlham Əliyev hər zaman Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcəyinə böyük inamla yanaşdığını bildirir. Biz gənclər bu etimadı yetərincə doğrultmağa, öz işimizlə dövlətimizə, xalqımıza xidmət etməyə borcluyuq.





 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
2 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
3 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
4 Avropada işsizlər ordusu yaranır
5 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info