Mehmet Ayan: “Bizim qədər parkinqi geniş olan ikinci hotel yoxdur”
Tarix: 17.10.2014 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


“Excelsior Hotel Baku” otelinin Qida və içki departamentinin direktoru Mehmet Ayanın müsahibəsini təqdim edirik.

Azərbaycanda otellərin sayı çoxdur . Əksəriyyəti yüksək səviyyədə öz müştərilərinə xidmət etməyə çalışır, çünki bu onların arasında qazanc rəqabətidir. Qonağımız “Excelsior Hotel Baku” otelinin Qida və içki departamentinin direktoru Mehmet bəy Ayandır.
- Mehmet bəy, söhbətdən əvvəl otelinizi gəzib yaxından araşdırmamıza yardımçı olduğunuz üçün təşəkkür edirik. Gördüklərimiz həqiqətən də təqdirə layiqdir.
- Mən də sizə səmimi sözləriniz üçün öz razılığımı bildirirəm. Müştərilərimizə hər zaman yüksək səviyyədə xidmət etməyə hazırıq, Siz jurnalistlərin qəfil gəlişi və gördükləriniz məncə sözlərimə sübutdur.–
- Doğrudur, Mehmet bəy, qarşıdan gələn bayramlar yaxınlaşır. Yeni il gecəsi, Novruz bayramı... Otelinizdə bayram əhval-ruhiyyəli tədbirlər olacaqmı? Olacaqsa müştərilərinizi nə kimi sürprizlər gözləyəcək?
- Əlbəttə olacaq. Keçən il də gözəl bir yeni il şənliyi təşkil elədik. Otelimizə gələn hər bir müştəri bizdən çox məmnun qaldı. Hətta gözlədiyimizdən də uğurlu alındı. Salonumuzda 250 nəfərlik yer tamamilə müştərilərlə doldu. Bu ilki bayramlar da təbii ki, belə olacaq. İlk əvvəl yeni ilə hazırlaşacağıq. 6 cür menyümüz, canlı musiqili tədbirimiz, müştərilərimizə müxtəlif sürprizlər, hədiyyələrimiz olacaq. Eyni zamanda başqa otellərə nisbətən həmin ərəfədə qiymətləri aşağı salmağı düşünürük. Bizim birinci yerdə insanları məmnun etmək, müştərilərə gözəl xidmət etməkdir. Belə edəcəyik ki, imkanı olan da olmayan da otelimizə gələ bilsin, sevinmək, əylənmək, dincəlmək hər kəsin haqqıdır.
- Dəvət edəcəyiniz sənətçilər xarici ya yerli müğənnilər olacaq?
- Azərbaycan sənətçilərini dəvət etməyi düşünürük. Ümumiyyətlə biz oteldə Azərbaycan mədəniyyətini, yeməklərini nümayiş etdirməyə üstünlük veririk. Otelə daha çox xarici müştərilər gəlir, onlara milli mədəniyyəti, milli mətbəxi tanıtmaq borcumuzdur.
- Deyəsən, Yeni İl tədbirinə indidən hazırlaşırsınız?
- Bəli, hətta menyü işlərimiz artıq bitib. Uşaqlar üçün də xüsusi şənlik hazırlamağı düşünürük. Bu açıq bufet şəklində olacaq. Onlar əyləncə, sürprizlər də olacaq. Qiymətlər münasib olacaq. Sevgililər Günündə, 8 Martda Qadınlar Bayramında da xüsusi və fərqli tədbirlərimiz olacaq. –
- Yayda daha çox restoranınızda ləzzətli qril sezonu idi, indi havalar soyuyub, qril yenə olacaqmı?
- Yenə olacaq. Amma mövsümə uyğun olaraq qış ayı daha çox balıq yeməklərinə üstünlük veriləcək. O biri – Restoranımızda isə ənənəvi menyülər davam edəcək. Menyü 12 ayı əhatə etdiyi üçün bəzən mövsümə uyğun olaraq bəzi yeməkləri başqaları ilə əvəz edirik.
- Otelinizin aşbazı Durmuş bəyin şöhrəti bütün Azərbaycana yaylıb. Həqiqətən də çox gözəl və məharətli bir ustanız var.
- Doğrudur, Durmuş bəyi Türkiyədən otelimizə çalışmağa dəvət etdik. Çox dəyərli bir aşbazdır. Yeməklərindən otelimizdə dadan hər kəs məmnundur.
- Otelinizdə şirkətlərin tədbirləri, ad günləri və s. də keçirilirmi?
- Bəli olur. Bir çox şirkətlər korporativ tədbirlərini otelimizdə keçirir. Bu yaxınlarda “AtaSığorta” ASC10 illik yubileyini “Excelsior Hotel Baku” otelində keçirdi. Bundan başqa toylar, nişanlar, kokteyillər, iş yeməkləri də xüsusi zövqlə tərtib olunur. Bundan başqa oteldən kənar da xidmət edirik. Yəni iş toplantılarına, tədbirlərə, ləzzətli, təzə və gözəl yeməklər göndəririk. Müxtəlif şəraitdə xidmət göstəririk.
- Barınız bütün günü açıq olur?
- Saat 16-dan gecə saat 2-3dək açıq olur. Hər gün saat 18:00 ilə 20:00 arası barda xüsusi kasiya keçirilir. Barda bir içki içənə ikincisi pulsuz verilir. Bu bizim kampaniyamızdır. Amerikan barı üslubundadır. Burada maraqlı, ləzzətli, fərqli reseptli kokteyllərimiz də var.
- Siz tort sifarişi də qəbul edirsinizmi?
- Bəli, tort sifarişləri də olur.Bir gün əvvəldən sifariş qəbul olunur. 10-100 nəfərlik.
- Sizin oteldə vegeterian menyüsü yoxdur, bəs sizdə?
- Bizi başqa otellərdən fərqləndirən bir cəhət də vegeterian menyusunun olmasıdır. Tərəvəz qrili, vegeterian pizzası və s. Müxtəlif ölkələrin yeməklərindən ibarət Mətbəx günləri də təşkil etməyi planlaşdırırq. Amma bəzi qida məhsulları var ki, burada tapmaq çətindir.
- Bəzi otellər maşınların parkovkası üçün pul alır. Sizin oteldə parkovka pulludur?
- Əsla yox. Burada pulsuzdur.
- Mehmet bəy, maraqlı söhbətiniz üçün təşəkkür edirik.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info