Kürd silahlıları “İŞİD”ə qoşulan 20 yaşlı azərbaycanlını öldürüblər
Tarix: 17.10.2014 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


Suriyanın Kobani şəhərində kürd silahlıları “İŞİD” qruplaşmalarının sıralarında döyüşən azərbaycanlı gənci edam ediblər.
“France Press” agentliyinin verdiyi məlumata görə, Türkiyəyə sığınan suriyalı kürd qaçqınlardan Cüneyt Hemo adlı şəxs AFP-yə müsahibəsində Kobanidə 20 yaşlarında olan azərbaycanlının əsir götürülməsindən söz açıb.
O bildirib ki, Kobani şəhərinin qərb hissəsində gedən atışmalar zamanı ələ keçirilən döyüşçünü məscidə aparıblar: “Onunla danışaraq fikrini dəyişməyə çalışdılar. Amma o, dönə-dönə deyirdi ki, biz kafirik və onlar bizi doğru İslam yoluna gətirmək əmrini yerinə yetirirlər. İyirmi yaşlarında olardı. Ərəbcə danışırdı. Azərbaycandan bu torpaqları “kafirlərdən xilas etmək üçün” gəldiyini dedi. O, dayanmadan yalvarırdı ki, onu öldürək, çünki belə cənnətə gedəcək”.
C.Hemonun sözlərinə görə, dindirilən zaman təmkinli davranan azərbaycanlı gənc ancaq öldürülməsini istəyib və mübahisə uzandıqda, kürd silahlıları onun başına atəş açaraq öldürüblər.
Sözügedən azərbaycanlı “İŞİD” üzvünün kimliyi barədə əlavə məlumat yoxdur.
Tural




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
İtalyandilli portalda Heydər Əliyev Beynəlxalq Aeroportunun binasından bəhs olunub
08.12.2019
Kinoloji Mərkəz xidməti itlərin sayını artıracaq
07.12.2019
Xəzər suyunun temperaturunun yüksəlməsinin davam etməsi fəsadlar yarada bilər
06.12.2019
Qaradağ rayonunda ağacəkmə kampaniyası keçirilib
06.12.2019
”Vikipediya”da tanınmış qadın şəxsiyyətlərimiz haqqında onlarla məqalə yaradılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info