Autizmli uşaqlara dəstək sərgisi
Tarix: 17.10.2014 | Saat: 21:56:00 | E-mail | Çapa göndər


Bu gün "Psixososial Reabilitasiya və İnkişaf" İctimai Birliyinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə “Mən və mənim fərqli dünyam” mövzusunda sərgi təşkil edilib. Akademiyasının Muzey-Sərgi Kompleksində keçirilən tədbir autizm sindromundan əziyyət çəkən insanlara dəstək üçün təşkil olunub.
İlk olaraq "Psixososial Reabilitasiya və İnkişaf" İctimai Birliyinin sədri Lamiyə Ağa çıxış edərək sərginin məqsədi haqda məlumat verib: “Biz istəyirik ki, autizm sindromu haqqında ictimaiyyətin məlumatlandırılsın, autizmli uşaqların sosial və psixoloji reabilitasiyasına ictimai diqqət artısın. İctimaiyyətə autizmin xəstəlik deyil, bir fərqlilik olmasını çatdırmaq, onların neqativ hal olaraq cəmiyyətdən uzaqlaşdırılması və gizlədilməsinin qarşısını almaqdan ibarətdir. Çünki bu uşaqların bəziləri xüsusi qeyri-adi istedada malik olurlar. Tarixə nəzər salsaq, iz qoymuş dahi şəxsiyyətlərin əksəriyyəti autizmli insanlar olublar”.
Sərgidə istənilən texnika üzrə işlər nümayiş olunub. Sərgi üçün nəzərdə tutulmuş əsərlərin mövzusu autizmli insanların psixoloji vəziyyətini, onların dünyanı qavramalarını, hisslərinin və emosiyalarının tərənnümünü əhatə edib.
Gənc rəssamlar bu sərgidə iştirak ediblər və sertifikatla təltif olunublar.
Xatırladaq ki, sərgi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “AUTIZM məlumatlandırma kampaniyasının təşkili” layihəsi çərçivəsində həyata keçirilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2019
BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub
15.11.2019
Azərbaycanlı qonaqlar Özbəkistanda İçən-Qala dövlət qoruğunu ziyarət ediblər
15.11.2019
“CinemaPlus”da “Ford Ferrariyə qarşı”: VİDEO
14.11.2019
Musiqili Teatrda “Paris Notr-Dama ithaf” tamaşası təqdim olunub
14.11.2019
Odessada Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info