Cəlilabadda istehlakçı hüquqları ilə bağlı tədbir keçirilib
Tarix: 17.10.2014 | Saat: 21:58:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda növbəti konfrans Cəlilabadda keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və 200-dən çox istehlakçı iştirak edib.
Xidmətin rəis müavini Araz Əliyev istehlakçı hüquqlarının etibarlı təminatının qarşıya qoyulmuş mühüm vəzifələrdən olduğunu və bu istiqamətdə Dövlət Xidməti tərəfindən tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb. Araz Əliyev istehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmənin xüsusi rolunu qeyd etmiş, bu sahədə görülən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, əvvəlki illərdə olduğu kimi, bu il ərzində də Dövlət Xidməti tərəfindən müxtəlif konfranslar və seminarlar keçirilir, kütləvi informasiya vasitələrində maarifləndirici məlumatlar yayılır, o cümlədən televiziyada istehlakçı hüquqları ilə bağlı verilişlər hazırlanır. İstehlakçı hüquqlarına dair müxtəlif mövzularda yaddaş kitabçalarının və digər əyani vəsaitlərin hazırlanaraq istehlakçılara paylanılması maarifləndirmə işinə müsbət töhfə verir. Belə ki, bu ilin ötən dövründə istehlakçıların maarifləndirilməsi məqsədilə 16 adda 66 mindən çox buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 mindən çox yaddaş kitabçası hazırlanaraq paylanmış, bu sahədə işlər hazırda da davam etdirilir.
Konfransda Dövlət Xidmətinin əməkdaşlarının istehlakçı hüquqlarının qorunması barədə məruzələri dinlənilmiş, istehlakçı hüquqları, həmçinin, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə tədbir iştirakçılarına geniş məlumat verilib.
Xidmətin əməkdaşları "İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr", "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir", "Ərzaq malları alarkən nələrə diqqət yetirməli" mövzularında məruzə ilə çıxış etmiş, tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Çıxış edənlər maarifləndirmə işlərinin mühüm əhəmiyyətini bir daha vurğulamış, istehlakçıların isə öz hüquqlarının müdafiəsində fəal olması, qarşılaşdıqları məsələlərin həllində aidiyyəti qurumlarla əməkdaşlıq edilməsi, özlərinin və ailələrinin sağlamlığını qorumaq üçün malların keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət yetirmələri tövsiyə olunub.
Tədbirdə həmçinin maarifləndirmə işləri ilə yanaşı, inzibati tədbirlərin də görüldüyü vurğulanmışdır. Belə ki, ilin əvvəlindən həyata keçirilmiş dövlət nəzarəti tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 30.4 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
Tədbir iştirakçılarına məlumat verilmişdir ki, istehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, nazirliyin internet saytı və "Facebook" səhifəsi vasitəsilə Dövlət Xidmətinə məlumat verə bilərlər.
Tədbirin sonunda istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.


İlkin




 
Bölməyə aid digər xəbərlər
03.12.2020
Azərbaycanda 4 189 nəfər COVID-19-a yoluxdu, 2 072 nəfər sağaldı, 40 nəfər vəfat etdi
03.12.2020
Laçın rayonunun Hüsülü və Malıbəy kəndləri - VİDEO
03.12.2020
Laçın şəhərinin görüntüləri – VİDEO
02.12.2020
“Səndən mənə qardaş olmaz, sən ermənisən”... – VİDEO
02.12.2020
Laçının Qarıqışlaq kəndindən VİDEOgörüntü

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
2 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
3 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
4 Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq
5 İqor Korotçenko: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu məsələ birdəfəlik və həmişəlik bağlanıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info