Neft-qaz sektoruna yatırılan investisiyalar 28 faizdən çox artıb
Tarix: 17.10.2014 | Saat: 22:07:00 | E-mail | Çapa göndər


2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft sektoruna 4,41 milyard manat investisiya yatırılıb. Bu rəqəm 2013-cü ilin müvafiq dövrünün göstəricisindən 28,2 faiz çoxdur. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 9 ayın yekunları üzrə hesabatında yer alıb.
2013-cü ildə Azərbaycanın neft sektoruna 4,82 milyard manatdan çox investisiya yatırılmışdı ki, bu da 2012-ci ilin göstəricisindən 24,2 faiz çox idi.
Məlumata görə, yanvar-sentyabr aylarında Azərbaycanın sənaye sahəsinə yatırılmış kapital qoyuluşları 5,35 milyard manat təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrünün göstəricisindən 5,4 faiz çoxdur.
Bu vəsaitdən emal sənayesi sahəsinə 4,4 milyard manat həcmində sərmayə qoyulub ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 27,5 faiz çoxdur.
2013-cü ildə Azərbaycanın sənaye sektoruna kapital qoyuluşlarının ümumi həcmi 7,08 milyard manat təşkil edib ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz çox idi. Bu vəsaitdən emal sahəsinə yatırılmış investisiyaların həcmi təqribən 4,7 milyard manat olmuşdu ki, bu da 2012-ci ilin göstəricisindən 20,6 faiz çox idi.
Hesabat dövründə elektrik enerjisi, istilik və qaz istehsalı, paylanılması və təchizatına yatırılmış investisiyaların həcmi 197,1 milyon manat təşkil edib. Bu, 2013-cü ilin müvafiq dövrünün göstəricisindən 7,6 faiz azdır.
2013-cü ildə elektrik enerjisi, istilik və qaz istehsalı, paylanılması və təchizatına yatırılmış investisiyaların həcmi 390,5 milyon manat təşkil edib. Bu, 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 31,5 faiz az idi.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info