ADİU-da Dövlət Müstəqillik Gününə həsr olunmuş elmi konfrans keçirilib
Tarix: 17.10.2014 | Saat: 22:13:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetində 18 oktyabr- Dövlət Müstəqilliyi Gününə həsr olunmuş elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru, professor Ədalət Muradov kollektivi bu əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan xalqının əldə etdiyi ən böyük tarixi nailiyyət onun müstəqilliyidir. Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. Xalqımız müstəqilliyini qazandıqdan sonra onu itirmək təhlükəsi ilə üzləşdi. Lakin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin siyasi təcrübəsi nəticəsində bu müstəqilliyi qoruyub saxlaya bildik. Heydər Əliyevin yaratdığı və reallaşdırdığı strategiyanın nəticəsidir ki, biz bu gün müstəqilliyimizin 23 illiyini qeyd edə bilirik. Azərbaycan artıq həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Ölkəmizin regionun ən güclü dövlətinə çevrilməsi Heydər Əliyevin uğurlu siyasətinin nəticəsidir. Rektor daha sonra qeyd etdi ki, müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Bu gün də müstəqilliyimiz ulu öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən qorunub saxlanılır. Elmi konfrans ADİU-nun professor və müəllim heyətinin Azərbaycanın müstəqillik tarixindən bəhs edən çıxışları ilə davam edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info