Müstəqillik Günü Xarici Dillər Təmayüllü Gimnaziyada qeyd edilib
Tarix: 18.10.2014 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada 18 oktyabr Müstəqillik Günü münasibəti ilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Sonra giriş sözü ilə məktəbin direktoru Məhəmmədəli Abbasov tədbir iştirakçılarını salamlayıb. Onlara əldə edilən uğurlarımız və dövlətimizin siyasi yüksəlişi barədə qısa məruzə edib. Bildirildi ki, müstəqillik əldə etdikdən sonra müxtəlif sahələrdə uğurlar əldə edən Azərbaycan bu gün sürətlə inkişaf edən ölkələr sırasındadır. Müasir Azərbaycan cəmiyyəti ümumbəşəri dəyərlərə söykənir və cəmiyyət olaraq ölkəmiz dünya birliyini layiqli üzvüdür. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yaşadığımız ötən dövr ərzində əzəmətli, möhtəşəm inkişaf mərhələsi keçib. Azərbaycanın iqtisadiyyatı inkişaf edib, ölkənin bütün həyatı əhəmiyyətli dəyişikliklərlə müşayiət olunub, Azərbaycan həm də dünya miqyasında, beynəlxalq siyasətdə öz rolunun əhəmiyyətini xeyli dərəcədə yüksəldib. Müstəqil ölkəmizin dövlətimiz uğurlu gənclər siyasəti həyata keçirir. Məhz bu istiqamətdə atılan addımlardan biri kimi uşaq və gənclərin təhsili də daim dövlətin diqqət mərkəzindədir.
Sonra tədbirdə çıxış edən Gültəkin Rüstəmova çıxışında bildirdi ki, tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir: “ Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsr də iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan birdə 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi”.
Sonra məktəbin 6d sinif şagirdi Murad İmanovun ifasında Qarabağ şikəstəsi tərəfindən səsləndirildi. Daha sonra tədbirdə şagirdlər: Sona, Toğrul, İbrahim, Tohfə, Fuad, Fidan, Tunar, Sevinc Kənanın ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirildi. Tədbirdə həmçinin Zülfiyyə Xanbabayevanın “Canım mənim məmləkətim”, Müslüm Maqomayevin “Azərbaycan”, musiqiləri səsləndirildi.
Müstəqillik yolunda əldə etdiyimiz nailiyyətləri canlandıran şəkillərdən ibarət təqdimat nümayiş olundu. Tədbirin sonunda Tərbiyə işləri üzrə direktor müavini Taci Əhmədova şagirdlərə əldə etdiyimiz nailiyyətlər haqqında qısa olaraq məlumat verdi və onu da qeyd etdi ki, dövləti biz yenidən qurduq sizlərə ərmağan etdik, onu qorumaq isə siz gənclərin əlindədir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
Cəlilabadda xeyriyyə aksiyası keçirilib
13.11.2019
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 5 milyon manat ayrılıb
13.11.2019
Masallı Rayon İcra Hakimiyyəti başçısının Öncəqala kəndi ərazisində səyyar görüş-qəbulu
13.11.2019
Masallıda “Sosial şəbəkələrin gənclərin həyatında rolu” mövzusunda maarifləndirici seminar keçirilib
13.11.2019
Məhkum olunmuş gənclərin peşə hazırlığı işlərinə yardım edilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info