Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Tarix: 18.10.2014 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. İclasda Gəncə Ağır Cinayətlər Məhkəməsinin «Azadlıq» və «Yeni Müsavat» qəzetlərində, həmçinin «Azpolitika.info» saytında 2014-cü ilin əvvəlindən başlayaraq gedən bir sıra materiallarla bağlı müraciətinə, Milli Məclisin deputatı İqbal Məmmədovun «dia.az» saytı ilə əlaqədar şikayətinə baxılıb, «pia.az» saytının fəaliyyətindəki narazılıq doğuran cəhətlər ətrafında müzakirələr aparılıb. İclasda öncə deputat İqbal Məmmədovun «dia.az» saytı ilə əlaqədar şikayəti araşdırılıb. Şikayətlər üzrə Komissiya müzakirələrdən sonra belə rəyə gəlib ki, məsələnin Şuranın «Reket jurnalistika»ya qarşı Mübarizə Komissiyasında araşdırılması zərurəti yaranır. Eyni rəy «Pia.az» saytı barədə də çıxarılıb.
İclasda müzakirə edilən sonuncu məsələ Gəncə Ağır Cinayətlər Məhkəməsinin «Azadlıq» və «Yeni Müsavat» qəzetlərində, həmçinin «Azpolitika.info» saytında 2014-cü ilin əvvəlindən başlayaraq gedən bir sıra materiallarla bağlı müraciəti olub. Cavabdeh tərəf qismində «Yeni Müsavat» qəzetinin hüquqşünası Vaqif Hüseynov və «Azpolitika.info» saytının rəhbəri Elnur Məhərrəmli iştirak edib. Onların hər ikisi məsələ ilə bağlı mövqelərini bildiriblər.
MŞ-nin Şikayətlər üzrə Komissiyası materialları araşdıraraq belə rəyə gəlib ki, hər bir kütləvi informasiya vasitəsi istənilən mövzunu, o cümlədən məhkəmə proseslərini işıqlandırmaqda sərbəstdir. Qeyd olunub ki, məhkəmə prosesi ilə bağlılığı olan şəxs və ya şəxslər bu və ya digər ictimai əhəmiyyət daşıyan vəzifə sahibləridirlərsə, medianın məsələyə daha çox diqqət yetirməsi anlaşılandır. Mövcud xüsusda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş və dövlət başçısının müvafiq sərəncamı ilə vəzifə səlahiyyətlərinə xitam verilmiş Həsən Əkbər oğlu Əliyevin adı keçən cinayət işinə maraq da təbii qarşılanmalıdır. Şikayətlər üzrə Komissiya Gəncə Ağır Cinayətlər Məhkəməsinin Şuraya ünvanladığı məktubda ifadə olunan narahatlığı da təbii qarşılayır. MŞ narazılıq doğuran materialları təhlil edərək bunu da əsas tutur ki, KİV cəmiyyətdə bu və ya digər məsələ ilə bağlı çaşqınlıq yaratma ehtimalı böyük olan materiallardan uzaq durmalıdır.
Komissiya belə rəyə gəlib ki, «Azadlıq», «Yeni Müsavat» qəzetləri və «Azpolitika.info» saytı «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın «Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı» adlı 3-cü prinsipinin 3.10-cu bəndinin «cinayət əməli törətməsi ilə bağlı şəxsə qarşı ittiham irəli sürülübsə, bu mövzuda məhkəmənin obyektivliyinə təsir göstərəcək reportajlar hazırlanmamalı, hazırlanan reportajlarda isə bütün tərəflərin fikirləri əks olunmalıdır» tələbini pozub. Həmçinin bu tələbin gözlənilməməsi AJPDQ-nın «Həqiqətə xidmət, dəqiqlik və obyektivlik» adlı 1-ci prinsipinin «jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır» tələbinin pozulmasına da səbəb olub. Buna görə də «Azadlıq», «Yeni Müsavat» qəzetlərinə və «Azpolitika.info» saytına MŞ tərəfindən xəbərdarlıq edilib.





 
Bölməyə aid digər xəbərlər
13.11.2019
Türk hərbçilərin Suriyada azad edilən ərazilərdə mina təmizləmə fəaliyyətləri davam edir
13.11.2019
Hesab.az-dan 3500 nəfər pulsuz plastik bank kartları və stikerləri qazandı!
13.11.2019
Prezident: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir
13.11.2019
Misir Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir
13.11.2019
Havanın temperaturu enəcək, yağış yağacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info