Foqts Azərbaycan millisindən ayrıldı
Tarix: 18.10.2014 | Saat: 01:32:00 | E-mail | Çapa göndər


İsveçrənin Sürix şəhərində AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts arasında görüş keçirilib. Görüş zamanı Azərbaycan millisinin Avro-2016-nın seçmə mərhələsində keçirdiyi oyunlar müzakirə olunub. B.Foqts təəssüflə bildirib ki, artıq Azərbaycan millisində gələcəyini görmür.
O, deyib ki, komanda son oyunda əzmkarlıq göstərməyib. Bundan əlavə, bir neçə ildir dəfələrlə vurğuladığı fiziki hazırlıq problemi hələ də öz həllini tapmayıb və bu çatışmazlığı qısa müddətdə aradan qaldırmaq mümkün deyil. O, Azərbaycanda 6 il çalışdığını, bəzi oyunlarda azarkeşlərə böyük sevinc bəxş etdiklərini qeyd edib, ötən müddət ərzində rəhbərliyi altında çıxış etmiş futbolçulara biliklərini aşıladığını və bu biliklərin gələcək nəsillərə də ötürüləcəyinə ümid etdiyini söyləyib. Berti Foqts millini növbəti oyunlara çıxaracaq məşqçiyə, ehtiyac duyacağı təqdirdə, həm rəqib komandalarla, həm də dəvət etməyi planlaşdırdığı futbolçularla bağlı məlumatları paylaşmağa, tövsiyələrini verməyə hazır olduğunu deyib, peşəkar fəaliyyətinə görə AFFA-ya minnətdarlıq edib, Azərbaycanı ikinci Vətəni saydığını bildirib.
AFFA-nın prezidenti Rövnəq Abdullayev qeyd edib ki, Berti Foqtsa fəaliyyətini davam etdirmək təklif olunub və onun Azərbaycan milli komandasındakı fəaliyyəti AFFA tərəfindən yüksək qiymətləndirilir. R.Abdullayev söyləyib ki, B.Foqtsun gördüyü işlər ümumilikdə Azərbaycan futbolunun inkişafına müsbət təsir göstərib. Çox böyük nailiyyət olmasa da, Azərbaycan milli komandası seçmə mərhələlərdə ən böyük göstəriciyə B.Foqtsun rəhbərliyi altında nail olaraq 9 xal toplayıb, millimiz FIFA-nın reytinq cədvəlində 73-cü pilləyə qədər yüksəlib. AFFA prezidenti Berti Foqtsa böyük hörmətlə yanaşdıqlarını, gördüyü işlərin hər zaman minnətdarlıqla xatırlanacağını deyib, onun həmişə Azərbaycan futbolunun dostu qalacağını söyləyib. AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
25.11.2020
Bölmələrimizin Kəlbəcər rayonuna daxil olmasının növbəti görüntüləri - VİDEO
25.11.2020
Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
25.11.2020
Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
25.11.2020
Prezident İlham Əliyev xalqa müraciət edib-YENİLƏNİB
25.11.2020
Dağ Yəhudiləri beynəlxalq təşkilatları Azərbaycan xalqının ədalətli mövqeyini dəstəkləməyə çağırıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
2 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
3 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
4 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
5 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info