Ermənistan əhalisinin 40 faizindən çoxu yoxsulluğun astanasında yaşayır
Tarix: 18.10.2014 | Saat: 01:33:00 | E-mail | Çapa göndər


Ermənistan əhalisinin 42 faizi yoxsulluğun astanasında yaşayır. “Trend”in ARKA agentliyinə istinadən verdiyi məlumata görə, bunu “Sosiometr” mərkəzinin direktoru Aqaron Adibekyan 2013-cü ildə keçirilən sosioloji sorğunu təqdim edərkən bildirib.
Bununla yanaşı, o, qeyd edib ki, bu il belə sorğu hələlik keçirilməyib. A.Adibekyan dünən keçirilən mətbuat konfransında bildirib: “Gün ərzində iki dollardan az vəsaitlə yaşayanlar yoxsul hesab olunur. Bu, BMT-nin müəyyən etdiyi yoxsulluq meyarıdır. Müvafiq olaraq, gündə bir dollardan az vəsaitlə yaşayanlar isə olduqca yoxsul hesab olunurlar”. Onun qiymətləndirmələrinə görə, ölkənin yoxsul əhalisinin 10 faizi olduqca yoxsul hesab olunur. Eyni zamanda, belə yoxsulluq həddində yaşayanların yalnız yarısı özünü belə hesab edir. Sosioloqun fikrincə, bu, insanların özünəməxsus psixoloji müdafiə reaksiyasıdır. Bununla yanaşı, A.Adibekyan qeyd edib ki, Ermənistan cəmiyyətinin əsas problemi daha çox məhz orta sinifin nümayəndələrinin mühacirət etməsidir: "Beləliklə, Ermənistan cəmiyyəti daha çox qütbləşir, zənginlərə və yoxsullara bölünür". Onun sözlərinə görə, erməni ailələrin 17 faizdən çoxunun əməkhaqqı deyil, transfertlər hesabına yaşaması digər problem hesab edilir. Sosioloq hesab edir ki, Ermənistanda 300 min uşaq atasız yaşayır: "Çünki sonuncular xaricdə pul qazanırlar. Bu, gələcəkdə ən mənfi təsirlərə gətirib çıxaracaq”.
Ermənistan Maliyyə Nazirliyinin son məlumatlarına görə, 2013-cü ildə ölkədə yoxsulluğun səviyyəsi 32,1 faiz, olduqca yoxsulların səviyyəsi isə əhalinin ümumi sayının 2,7 faizini təşkil edib. Bununla yanaşı, ölkənin Milli Statistika Xidmətinin dərc etdiyi “Yoxsulluq və Ermənistanın sosial panoraması - 2013” məruzəsinə əsasən, 2012-ci ildə ölkədə yoxsulluğun səviyyəsi 2008-ci illə müqayisədə 17,4 faiz artaraq 32,4 faiz təşkil edib.




 
Bölməyə aid digər xəbərlər
16.12.2019
Nərazət-buraxılış məntəqəsinə hücum olunub, ölənlər var
16.12.2019
Həftənin ilk iş günü hava necə olacaq?
15.12.2019
Türkiyə ABŞ üçün İncirlik aviabazasını bağlaya bilər
15.12.2019
“Milli Şura“ mühacir alverində adı hallanan dərnəkdir, siyasi təşkilat deyil
15.12.2019
Leyla Əliyeva növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının 1-ci vitse-prezidenti seçilib
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info