“Dövlət Departamenti əsassız bəyanatları ilə Azərbaycanın beynəlxalq aləmdə imicinə zərbə vurmaq istəyir”
Tarix: 18.10.2014 | Saat: 01:37:00 | E-mail | Çapa göndər


Oktyabrın 15-də ABŞ Dövlət Departamentinin sözçüsü növbəti dəfə Azərbaycan ilə bağlı əsassız açıqlama verib. AzərTAc Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdan bu məsələyə münasibət bildirməyi xahiş edib.
- Novruz müəllim, ABŞ Dövlət Departamentinin 15 oktyabr tarixli açıqlamasına münasibətiniz necədir?
- Təəssüflər olsun ki, son zamanlar ABŞ Dövlət Departamentinin sözçüsü Azərbaycan ilə bağlı bir sıra əsassız, həqiqəti əks etdirməyən bəyanatlar verir. Görünür, bu yolla ölkənin daxili işlərinə qarışmaq və ona təzyiq göstərmək daha məqbul hesab edilir.
Yaxşı olardı ki, qanunun aliliyini əlində bayraq edən Dövlət Departamenti bütün bu illər ərzində işğalçı Ermənistana və Dağlıq Qarabağdakı separatçı rejimə maddi və mənəvi yardım göstərmək əvəzinə, 20 ildən artıq müddətdə bütün hüquqlarından məhrum olmuş bir milyon qaçqın və köçkünün vəziyyəti və hüquqları ilə bağlı bəyanat verəydi.
Yaxşı olardı ki, qanunun aliliyini əlində bayraq edən Dövlət Departamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç olmasa bir dəfə özünün yaratdığı beynəlxalq hüquq çərçivəsində ədalətli mövqe bildirəydi.
Lakin ABŞ belə mühüm məsələlərə məhəl qoymayaraq insan hüquqları və azadlıqları məsələlərini istədiyi zaman qaldırmağı yalnız özünün beynəlxalq öhdəliyi hesab edir, Dövlət Departamenti isə sözçüsünün vasitəsilə Azərbaycanla Avropa İttifaqı və ABŞ arasındakı əməkdaşlığa kölgə salmaq, Azərbaycanın beynəlxalq aləmdə imicinə zərbə vurmaq istəyir.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info