“Müstəqilliyimizin yaratdığı imkanlar əvəzsizdir”
Tarix: 18.10.2014 | Saat: 01:44:00 | E-mail | Çapa göndər


Vüqar Nuriyev: “20 il öncəki gənclərdən fərqli olaraq müasir Azərbaycan gəncləri azad və müstəqil düşüncə daşıyıcısıdır”
Bugünkü vətəndaşlarımızın, o cümlədən gəncliyin ən böyük xoşbəxtliyi ondadır ki, müstəqil ölkədə yaşayırlar. Hazırkı Azərbaycan vətəndaşları ölkəsinin müstəqilliyini hər şeydən uca tutur. Elə, müsahibimiz Vüqar Nuriyev də şəxsi həyatını, ictimai-siyasi fəaliyyətini məhz bu düşüncə üzərində qurub. YAP Ağsu Rayon Təşkilatının, eləcə də Diaspor Jurnalistləri Birliyinin üzvü və fəalı olan Vüqar Nuriyevlə söhbətimiz bu mövzudadır.
-Azərbaycan dövləti və xalqının yenidən müstəqilliyə qovuşduğu günləri necə xatırlayırsız?
- Gənclik və tələbəlik illərim həmin dövrə təsadüf edib. O illərin ağır, amma dəyərli xatirələrini daşımaqdayam. Həmin dövrdə vətənpərvər gənc olaraq “müstəqillik” anlayışını dərk edir, onun işartılarını hiss edirdim. Ümummilli lider müstəqillik arzularımızı alovlandırdı. Çətinliklə olsa da, Azərbaycan dövləti və xalqını müstəqilliyə qovuşdurdu. Bütün xalqın, xüsusən o dövrdəki gənclərin itməkdə olan arzu və gələcəyə ümidlərini qaytardı. Müstəqil Azərbaycan dövləti və hakimiyyətinin xalqa, xüsusən gənclərə inanaraq etibar etdiyini söylədi. O dövrdə gənclərdə özünəinam hissi formalaşdırmaq lazım idi. Bu, ümummilli liderin fədakar və əzmli fəaliyyəti sayəsində mümkün oldu. O, xalqın, xüsusən gənclərin yüksəlişi yolunda fədakarcasına xidmət nümayiş etdirdi. Onun əzmkar fəaliyyətindən hər kəs, xüsusən gənclər bəhrələndi. Təhsil, elm, bilik əldə etməyin vacibliyini dərk edən gənclər ordusu yarandı. Peşə və yaradıcılığa meyillər yüksəldi. Ən vacibi müstəqil Azərbaycanı müdafiə edən, qoruyan ordu quruculuğu həyata keçirildi.
- Müstəqilliyimizin yenidən bərpa olunmasında görkəmli şəxsiyyətlərin və siyasətçilərin nə kimi rolu olub?
- Zaman və tarixin ən ağır yükü yüz ildə bir doğulan fenomenal şəxsiyyətlərin çiyinlərində daşınır. 20 il öncə biz bir daha bu tarixi gerçəkliyin şahidi olduq. Həmin illər Azərbaycan tənəzzül və iflasa sürüklənirdi. O zaman ümummilli lider Heydər Əliyev öz xalqının çağırışına cavab verdi. Onun hakimiyyətə qayıdışı xalqımızı məhv olmaq təhlükəsindən xilas etdi. O, Azərbaycanı uçurumun bir addımlığından bugünkü inkişaf və tərəqqiyə yönəltdi. Müasir azad və müstəqil Azərbaycanın memarı Heydər Əliyevdir. Onun fədakar və əzmli fəaliyyəti yüksəlişimizin fundamental əsası oldu. Ulu öndər ölkəmizin inkişafı üçün möhtəşəm dayaqlar yaratdı. Azərbaycanı həmin dayaqlar üzərində qurdu və qorudu. Həmçinin gələcək dövrlər üçün perspektivlər təyin etdi. Bu gün Azərbaycan həmin dayaqlar üzərində inkişaf yolundadır. Bu tarixi gerçəkliyi bütün dövrlərdə gənclərimiz və xalqımız unutmayacaq.
-Müstəqillik gənclər üçün hansı imkanlar yaratdı?
- Müasir və formalaşan Azərbaycan gəncləri bilməlidir ki, bugünkü müstəqilliyimiz çətinliklə qazanılıb. 1993-cü ildən başlayaraq müstəqillik yolunda ciddi addımlar atıldı. Ümummilli liderin uzaqgörən siyasəti, fədakar səyləri öz bəhrəsini verdi. Ölkəmiz müstəqillik qazanaraq müasir inkişafa nail oldu. Müstəqillik hər kəsin, o cümlədən gənclərin inkişafına çoxşaxəli yollar açdı. Azad və dinamik düşüncə tərzinin formalaşmasına təkan verdi. Dünyaya və beynəlxalq aləmə inteqrasiyada müstəqilliyimizin yaratdığı imkanlar əvəzsizdir. Ən əsası, gənclər arasında yaradıcı, kreativ, sağlam rəqabət formalaşdı. Bu gün müasir Azərbaycan gəncləri suverenliyimizin yaratdığı bütün imkanlarından layiqincə bəhrələnir. 20 il öncəki gənclərdən fərqli olaraq müasir Azərbaycan gəncləri azad və müstəqil düşüncə daşıyıcısıdır. Onların hər biri bu gün qürurla “mən müstəqil Azərbaycan gənciyəm” deyə bilir. Bu haqqı qazandıqları üçün öyünməli, tariximizi daha ciddi araşdırmalı və öyrənməlidirlər.
- Müstəqilliyi qorumaq və yaşatmaq üçün bugünkü gənclikdən nə tələb olunur?
- Müstəqilliyin bərpası və təminatının çətin əldə olunması haqda danışdıq. Bu gün müstəqil Azərbaycan vətəndaşları, xüsusən gənclər öz məsuliyyətini dərk edir. Bu, son dərəcə önəmlidir. Azad gələcəyimiz naminə hər zaman müstəqilliyi qorumalı və yaşatmalıyıq. Azərbaycan gəncləri çətin qazanılan dəyərlərin qorunmasına, daha da inkişafına çalışmalıdır. Hər zaman, hər yerdə öz ciddi səylərini nümayiş etdirməlidir. Bu fəaliyyət şərəfli olduğu üçün davamlı və ardıcıl aparılmalıdır. Təkcə gənclər deyil, hər bir Azərbaycan vətəndaşı bu şərəfli məsuliyyətin daşıyıcısıdır. Dinamik düşüncə əldə etmiş müasir Azərbaycan gəncliyi müstəqilliyimizin yüksək dəyərini bilir. Elm, təhsil, texnologiyanın bugünkü imkan və nailiyyətlərinə sahib olan gənclər öz uğurları ilə ölkəmizin inkişafına xidmət edir. Ümummilli liderin azərbaycançılıq ideyaları yolunda çalışan Azərbaycan gəncləri fəxrimizdir. Onlar öz fərdi inkişafları ilə birbaşa müstəqilliyimizin qorunması və yaşadılmasına xidmət etdiklərini bilməlidir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info