Yaponiyanın yardımı ilə Şəkidə bağça tikildi
Tarix: 18.10.2014 | Saat: 01:47:00 | E-mail | Çapa göndər


Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində daha bir layihənin - “Şəki şəhərində 15 nömrəli uşaq bağçasının tikintisi” layihəsinin icrası uğurla başa çatıb. Bu münasibətlə Şəki şəhərində mərasim keçirilib.
Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri Tsuquo Takahaşinin iştirak etdiyi mərasimdə qeyd olunub ki, son illər respublikamızda məktəbəqədər təhsilin inkişafına ölkə rəhbərliyi tərəfindən xüsusi qayğı göstərilir. Bildirilib ki, Yaponiyanın ölkəmizdəki səfirliyi ilə Şəki Şəhər İcra Hakimiyyəti arasında əməkdaşlıq 14 ildir ki, davam etdirilir. Qrant yardımı proqramı çərçivəsində indiyədək Şəkidə bu layihə də daxil olmaqla, təhsil, səhiyyə, ekologiya, su təchizatı və digər sahələri əhatə edən 14 layihə reallaşıb. Bu layihələrin ümumi dəyəri 1 milyon 157 min 327 ABŞ dolları təşkil edir. Diqqətə çatdırılıb ki, icrası yenicə başa çatan hazırkı layihə üzrə qrant müqaviləsi bu il martın 7-də Yaponiyanın ölkəmizdəki səfirliyi ilə “Şəki Ekologiya və Təhsil Mərkəzi” İctimai Birliyi arasında imzalanıb. Layihənin əsas məqsədi 15 nömrəli bağçada tərbiyə alan kiçik yaşlı uşaqların bağça şəraitini yaxşılaşdırmaqdır. Layihənin ümumi dəyəri 121 min 693 ABŞ dolları təşkil edir. Şəkiyə növbəti səfərindən böyük məmnunluq hissi keçirdiyini vurğulayan Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi bu qədim şəhərin tarixi-memarlıq abidələrinin onda çox böyük təəssürat yaratdığını diqqətə çatdırıb. Vurğulanıb ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçirilən bu layihələr insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Proqram çərçivəsində indiyədək Azərbaycanda ümumi dəyəri 15 milyon 924 min ABŞ dolları olan 189 layihə üzrə qrant müqaviləsinin imzalandığı diqqətə çatdırılıb. Uşaq bağçasının açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları binada yaradılan şəraitlə yaxından tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
23.11.2020
Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb
23.11.2020
Əmlakın siyahıya alınması qaydasında dəyişiklik edilib
23.11.2020
Fars körfəzi dəmiryolu ilə Xəzərə birləşəcək
23.11.2020
Azərbaycanda sahibkarlar banan yetişdirməyə başlayıb
21.11.2020
Region sahibkarları vergi və sosial tətillərlə bağlı maarifləndiriliblər

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Зачистка по-пашиняновски. Усидит ли армянский премьер на посту до конца года
2 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
3 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
4 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
5 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info