Naxçıvanda 2 mindən çox vətəndaş işlə təmin edilib
Tarix: 18.10.2014 | Saat: 01:51:00 | E-mail | Çapa göndər


Cari ilin ötən dövründə Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında keçirilən əmək yarmarkalarında, ümumilikdə, 2142 nəfər işlə təmin olunub, 284 nəfər peşə hazırlığına, 244 nəfər ictimai işlərə, 88 nəfər kvota yerinə göndərilib. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən bildirilib ki, növbəti əmək yarmarkalarına oktyabrın 21-də start veriləcək.
İlk tədbir Sədərək rayonunun Heydərabad qəsəbəsində təşkil olunacaq. Oktyabrın 22-də Kəngərli Rayon Məşğulluq Mərkəzində bu bölgənin işaxtaran sakinlərinə boş iş yerləri təqdim ediləcək. Oktyabrın 23-də keçiriləcək əmək yarmarkasının növbəti ünvanı Şahbuz şəhərindəki “Araz” kinoteatrının binası olacaq. Culfa rayonunun işaxtaran sakinləri bu dövlət qayğısından oktyabrın 24-də yararlana biləcəklər. Oktyabr ayının 28-də ordubadlılara, 29-da babəklilərə, 30-da isə şərurlulara boş iş yerləri təqdim olunacaq.
Naxçıvan şəhərində əmək yarmarkası isə oktyabrın 31-də “Gənclik” Mərkəzində keçiriləcək. Əhalinin məşğulluğunun təmin olunması məqsədilə işaxtaran vətəndaşların münasib işlə təmin edilməsi, onların haqqıödənilən ictimai işlərə cəlb olunması, həmçinin peşə hazırlığının təşkili muxtar respublikada daim diqqət mərkəzində saxlanılır. Qədim diyarda bu istiqamətdə aparılan məqsədyönlü işlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlıdır.




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
“Qala” qoruğunda ağacəkmə aksiyası keçirilib
16.11.2019
Məktəblilər Metronun təlim-tədris mərkəzində olublar
16.11.2019
Azərbaycanda bu şəxslər hər iş saatına görə 15 manat alacaq
15.11.2019
Azərbaycan əhalisi ticarət şəbəkələrində 31 milyard manatdan çox pul xərcləyib
15.11.2019
Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info