Azərbaycan və İran jurnalistlərinin əməkdaşlıq platforması yaradılmalıdır
Tarix: 18.10.2014 | Saat: 01:54:00 | E-mail | Çapa göndər


Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda səfərdə olan iranlı jurnalistləri qəbul edib.
Bu barədə “Trend” İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə istinadən məlumat verir. Ə.Həsənov iranlı jurnalistlərlə görüşdə İslam ölkələri jurnalistləri arasında əməkdaşlıq platformasının yaradılmasının zəruriliyini vurğulayıb: “Azərbaycan jurnalistləri belə formatlar çərçivəsində Rusiya, Türkiyə və Orta Asiya ölkələrindən olan həmkarları ilə əməkdaşlıq edirlər. Azərbaycan mediası qonşu İran mediası ilə də müəyyən formatda əməkdaşlıq edə bilər və bu, ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərərdi”. İran səfiri Möhsün Pakayinin də qatıldığı görüşdə Ə.Həsənov qeyd edib ki, ilk növbədə, Azərbaycan və İran KİV-ləri arasında əməkdaşlıq mərkəzi yaradaraq əlaqələri daha da möhkəmləndirmək, daha sonra digər müsəlman ölkələrinin KİV-lərini bu prosesə cəlb etmək olar. O, məsələni gələcəkdə İran səfiri ilə müzakirə edəcəyini söyləyib.
PA rəsmisi bildirib ki, KİV-lərin xalqın mədəniyyət və düşüncə tərzinin formalaşmasında rolu böyükdür. O, qeyd edib ki, Azərbaycan tərəfi İslam ölkələri mediasını əlaqələndirəcək əməkdaşlıq platformasının, xüsusilə Azərbaycan və İran KİV-ləri arasında belə bir qurumun yaradılmasını təqdir edir və İranda da aidiyyəti qurumların bu məsələyə diqqətlə yanaşacağına ümid bəsləyir. Ə.Həsənov bəzi Azərbaycan və İran KİV-lərinin hər iki ölkə haqqında mənfi məlumatlar yaymağa çalışmasını tənqid edərək deyib ki, əgər KİV-lər müsbət amilləri daha çox önə çıxarsalar, şübhəsiz, bu, ikitərəfli əlaqələrin inkişafına da təsir edəcək.




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
27.11.2020
Fransa qondarma “Dağlıq Qarabağ respublikasını“ tanımır - XİN
26.11.2020
Azərbaycanla Ermənistanın Kəlbəcərdəki sərhədinə müvəqqəti qapılar qoyulub
26.11.2020
“Euronews“ erməni işğalından azad edilmiş Ağdamdan süjet hazırlayıb
26.11.2020
Azərbaycan Fransaya nota verib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
2 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
3 Öküz ili bürclərə nə vəd edir?
4 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
5 Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info