Çin Rusiyaya qarşı sanksiyaları heçə endirdi
Tarix: 18.10.2014 | Saat: 01:56:00 | E-mail | Çapa göndər


Çinin "Sankei Shimbun" nəşrinin Rusiya-Çin münasibətləri barədə dərc etdiyi yazıda bildirilir ki, Çinin baş naziri Li Keçsyan oktyabrın 15-də Rusiyaya rəsmi səfərə gəlib. Tərəflər 38 saziş, o cümlədən valyuta mübadiləsi haqqında saziş imzalayıblar. Bununla yanaşı, Çin və Rusiya enerji və maliyyə sahəsində əməkdaşlıq üçün razılığa gəliblər. Belə ki, bundan sonra Çin bankları Rusiyadakı maliyyə qurumlarını kreditlərlə təmin edəcək.
Beləliklə, Qərbin sanksiyaları altında olan Rusiya, Çinlə əməkdaşlığını genişləndirməklə, ölkə iqtisadiyyatına yönəlmiş təsirin qarşısını almaq niyyətini nümayiş etdirib.
Görüşdə qeyd edilib ki, valyuta mübadiləsi haqqında saziş üç illiyə bağlanır. Tərəflər dollardan asılılığın azaldılması fövqündə rubl və yuanın dəstəyi ilə ticarət və investisiyanı təşviq etmək, öz valyutalarının gücləndirilməsi barədə də razılığa gəliblər
Sanksiyalara görə xarici resursların cəlb edilməsində çətinlikləri yaranan "Rosneft" şirkəti Çinin milli neft və qaz korporasiyası ilə mayeləşdirilmiş təbii qaz (MTQ) üzrə əməkdaşlıq müqaviləsi imzalayıblar. Eyni zamanda, Rusiya bankları olan VEB və VTB-nin Çinin idxal-ixrac bankından dörd milyard dollar alacağı planlaşdırılıb.
Tərəflər gələn ilin may ayında Uzaq Şərqdə ilk qaz kəmərinin tikintisi barədə razılığa gəliblər. Qeyd edək ki, əvvəllər Rusiya və Avropa Birliyi arasında ticarət dövriyyəsi Rusiya-Çin arasındakı ticarət dövriyyəsindən dörd dəfə çox idi. Şübhə yoxdur ki, Rusiya hakimiyyət orqanları Çin və digər Asiya ölkələri ilə iqtisadi ələqələri qursa belə, qısa bir zamanda əvvəlki iqtisadi əlaqələrini əvəzləyə bilməyəcək. Qeyd edək ki, sanksiyalar məngənəsində sıxılan Rusiyadan fərqli olaraq, Çin bu əməkdaşlığa böyük coşqu ilə gedir. Yeri gəlmişkən onu da xatırladaq ki, Rusiya təkcə enerji sektorunda Çin ilə əməkdaşlığı inkişaf etdirmək istəmir. Çin Rusiyanın təbii resurslarına və hərbi texnologiyalarına da yönəlmiş olacaq. Bundan əlavə, tərəflər bir müddət əvvəl təxirə salınmış "Qərb marşrutu"üzrə qaz kəmərinin tikinti layihəsi üzrə sazişin bu il imzalanacağını nəzərdə tutublar.
Bu məqamda haşiyə çıxaraq bir daha xatırladaq ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Avropanın bir çox ölkələrində birmənalı qarşılanmamaqdadır. Belə ki, bu günlərdə daha bir Avropa ölkə rəsmisi- Macarıstanın xarici işlər naziri Peter Siyyarto Rusiyaya qarşı Avropanın sanksiya siyasətini tənqid edib. O, "Rusiyaya qarşı sanksiyalar hələlik gözlənilən nəticələri verməyib"-deyə etiraf edib. Bu xəbəri «Qazeta.ru» «Financial Times» nəşrinə istinadən bildirib. Nazirin fikrincə, belə tədbirlərlə Ukrayna münaqişənin tənzimlənməsi barədə hələ də Avropa Birliyi ölkələri arasında yekdillik yoxdur və qəbul edilmiş sanksiyalar istənilən nəticəni verməyib: «Sanksiyalar bizim ümid etdiyimiz nəticələri vermədi, eyni zamanda, ən çox əziyyət çəkən Mərkəzi Avropa ölkələri olsa da, ümumi itkilər Avropa bazarlarından da yan keçməyib».Sanksiyalara görə Macarıstan iqtisadiyyatının hər gün 200 min dollar itirdiyini dilə gətirən Siyyartonun sözlərinə görə, «Rusiya Macarıstanın üçüncü ən böyük iqtisadi tərəfdaşı idi. Təəssüf ki, ölkəmiz Rusiya və MDB ölkələrinə ixracının təxminən 12%-ni itirib».
Qeyd edək ki, macar siyasətçisindən əlavə, Çexiya və Slovakiyanın baş nazirləri də sanksiyalara mənfi münasibətlərini bildirmişdilər.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info