“Ermənistan Qarabağdan Azərbaycanın xeyrinə imtina edib”
Tarix: 18.10.2014 | Saat: 01:57:00 | E-mail | Çapa göndər


“Strateji məqsəd Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olmasıdır. Bunun üçün Moskva Qarabağı Azərbaycana qaytarmalıdır, əks halda Azərbaycan heç vaxt Moskva oriyentasiyasını seçməyəcək”

Erməni ekspertlər ölkələrinin Avrasiya İttifaqına daxil olmasının milli maraqlara zidd olduğunu qeyd edirlər. Onların bir çoxunun rəyi belədir ki, Avrasiya İttifaqına daxil olan Ermənistan işğal etdiyi torpaqlarla vidalaşmalı olacaq.
Romella Mnaçakanyan “Armeniareport”a təqdim etdiyi məqalədə bildirir ki, Serj Sərkisyanın Putinin planlarının qarşısında uzun müddət duruş gətirə bilməməsi bəlli reallıq olduğundan Qarabağ məsələsində ciddi dəyişiklik olacaq. Mnaçakanyanın fikrincə, Sərkisyan və Ermənistan heç bir prosesə təsir etmək iqtidarında deyil: “Ermənistanın gələcəyi ilə bağlı qərar verilərkən Sərkisyanın fikrini heç kim nəzərə almır. Bir neçə gün əvvəl iqtisadi inkişaf naziri Karen Çşmarityan bəyan etdi ki, imzalanmış müqavilədə gömrük məntəqəsinin yerləşdirilməsi ilə bağlı heç bir maddə yoxdur. Çşmarityan formal olaraq doğru deyir. Bəli, imza atdığımız müqavilədə gömrük məntəqəsinin yerləşməsi ilə bağlı heç bir maddə yoxdur. Amma kimi aldadırıq? Həmin sənəddə ağ-qara hərflərlə yazılıb ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına beynəlxalq miqyasda tanınan sərhədləri ilə daxil olur, yəni, Qarabağsız. Deməli, elə ilk andan hakimiyyət xalqa yalan danışır. Sərkisyan hakimiyyəti xalqı inandırırdı ki, Avropa İttifaqından imtina Ermənistanın və Qarabağın təhlükəsizliyinin təminatı ilə bağlıdır. Hakimiyyət dəhlizlərində belə bir fikir dolaşırdı ki, Ermənistan Gömrük İttifaqı və Avrasiya İttifaqına Qarabağla birlikdə daxil olacaq. Üstəlik Ermənistanla qonşuları arasında gömrük məntəqələrinin yaradılacağı müqavilədə təsbit edilib. Həmin dövlətlərdən biri də müəyyən hissəsini Qarabağ təşkil edən Azərbaycandır. Bu müqaviləni imzalamaqla Ermənistan Qarabağdan Azərbaycanın xeyrinə imtina edib. Bu müqavilənin altına Sərkisyan öz imzasını atıb. Gömrük məntəqələri ikinci dərəcəli məsələdir. Bu sahə ilə bağlı az-çox məlumatı olan hər kəs torpaqların geri qaytarılacağını bildirir. Məşhur amerikalı politoloq Ariel Koen bildirib ki, Serj Sərkisyan davranışları ilə Putini qıcıqlandırır: “Moskvadakı qaynaqlarım bildirir ki, Putin Ukrayna münaqişəsini Qarabağ məsələsinin həlli ilə kompensasiya etmək istəyir. Bunun üçün Azərbaycan Qərbyönümlü mövqeyindən əl çəkməlidir. Buna nail olmaq üçün isə bir neçə rayonu Azərbaycana qaytarmaq, daha sonra münaqişənin həllinin son mərhələsinə keçmək lazımdır. Strateji məqsəd Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olmasıdır. Bunun üçün Moskva Qarabağı Azərbaycana qaytarmalıdır, əks halda Azərbaycan heç vaxt Moskva oriyentasiyasını seçməyəcək. Sərkisyan və klanı isə Putinin bu planının qarşısında əngələ çevrilib”. Koen qeyd edib ki, Putin bu məsələni Sərkisyanla da müzakirə edib və onun güzəştə getməmək istəyi Rusiya liderini özündən çıxarıb. Biz hamımız yaxşı bilirik ki, Sərkisyan Putinin planlarına uzun müddət müqavimət göstərə bilmir. Ona görə də Ermənistan və Qarabağı yaxın gələcəkdə hansı təhlükələrin gözlədiyini dərk edirik. Amma bizə həqiqəti heç kim deməyəcək. Bizim hakimiyyət həmişəki kimi yalandan atıb-tutacaq. Bu, onların primitiv taktikasıdır. Ermənistan hakimiyyəti yalandan xalqa bildirir ki, ölkənin iqtisadiyyatı üçün ciddi təhlükə yoxdur. Bu necə ola bilər ki, Rusiyanın özündə ciddi iqtisadi proseslər yaşanır, rubl qiymətdən düşür, neftin qiyməti aşağı düşür və s. Rusiyadan asılı olan bizim hakimiyyət isə yalan danışmaqda davam edir. “Oyun qaydaları” belədir. Hamıya həmişə yalan danışmaq olmaz. Bu yalan hakimiyyət üçün faciə ilə başa çatacaq”.
Anar Miriyev





 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Repressiyaya məruz qalanların sırasında böyük ədiblərin, şəxsiyyətlərin, ziyalıların adları daha çoxdur
24.05.2019
“Amnesty International“ idmanın siyasiləşdirilməsi istiqamətində ermənilərlə ortaq taktika həyata keçirir
24.05.2019
Nikol Paşinyan Qarabağ klanından qorxduğu üçün oğlunu təhlükəsiz yerə köçürüb
24.05.2019
Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq
24.05.2019
“Çimərlikdə qadağanedici şarları keçmək olmaz”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info