Sığortaçılar Baden Badendə “Azərbaycan Gecəsi“nə toplaşıb
Tarix: 20.10.2014 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Almaniyanın Baden Baden şəhərində işinə başlayan sığortaçıların ənənəvi illik forumu çərçivəsində "Azərbaycan Gecəsi" keçirilib. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) tərəfindən təşkil edilən tədbirin sponsorları kimi "AzRe" təkrarsığorta, "Standard Insurence", "PAŞA sığorta", "PAŞA Həyat Sığorta", "Qala Həyat Sığorta", "İpək Yolu Sığorta" şirkətləri çıxış edib.
Toplantıda Azərbaycanın 14 sığorta şirkətinin, eləcə də ASA və İcbari Sığorta Bürosunun rəhbərliyi iştirak edib. Tədbiri ASA-nın sədri Orxan Bayramov açıb. Qonaqları salamlayan ASA sədri Azərbaycanın sığorta bazarı, buradakı inkişaf və bazarın perspektivləri barədə məlumat verib. Azərbaycanın milli elementləri ilə bəzədilmiş tədbir məkanında qonaqlar Azərbaycan musiqisi və milli mətbəxinin təamları ilə də tanış olublar.
Qeyd edək ki, artıq ənənə halını almış "Azərbaycan Gecəsi" Badendə 2-ci dəfədir ki, təşkil edilib. Bu il tədbirdə 37 ölkənin 91 şirkətinin 214 nümaynədəsi qatılıb.
Baden Baden forumunda Azərbaycanın sığorta şirkətləri və sığorta qurumlarının xarici tərəfdaşları ilə çoxsaylı müxtəlif işgüzar görüşləri nəzərdə tutulur. Görüşlərdə yeni partnyorların tapılması, təkrar sığorta risklərinin ötürülməsi, müxtəlif sığorta məhsulları üzrə təcrübə mübadiləsi, eləcə də Azərbaycan sığorta bazarında yeni məhsulların tətbiqi imkanları ilə bağlı müzakirələr aparılacaq.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info